Icma.az
close
up
RU
Azərbaycanın dünyada nüfuzu getdikcə artır

Azərbaycanın dünyada nüfuzu getdikcə artır

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın dünya birliyinə inteqrasiyası, yürüdülən xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu sahə hökumətin yürütdüyü siyasətin ən çox diqqət ayırdığı sahədir və Azərbaycanın dünya birliyinə və beynəlxalq təşkilatlarla əməkdaşlığa inteqrasiyası çoxvektorlu və proqmatik xarici siyasət modeli üzərində qurulması da xüsusi diqqət çəkir. Bura həm siyasi-iqtisadi, həm diplomatik , həm də təhlükəsizlik və humanitar sahələr daxildir və bu istiqamətdə daha çox əhatəli və sistemli şəkildə siyasət həyata keçirilir və ən çox da uğurlar əldə olunan sahələrdən hesab olunur.

Bunu qəzetimizə politoloq Çingiz Şahbazi Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığını uğurla inkişaf etdirməsi ilə bağlı deyib.

O, qeyd edib ki, Azərbaycan məhz bu siyasətin nəticəsidir ki, artıq regional enerji mərkəzi və strateji tranzit qovşağı kimi mövqeyini möhkəmləndirib. Əlbəttə ki, bu istiqamətdə aparılan siyasət mərhələli şəkildə həyata keçirilərək uğurlar qazanıb və növbəti mərhələlərdə əsas məqsəd iqtisadi və institusional modernləşmə yolu ilə bu geosiyasi üstünlüyü davamlı inkişaf modelinə çevirməkdir. Azərbaycan qlobal və regional təşkilatlara üzv olmaqla, dünya birliyinə inteqrasiya istiqamətində fəal iştirak edir. Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür və beynəlxalq platformalarda təmsil olunur. Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət davam etməkdədir və paytaxt Bakı və ölkənin digər şəhərləri, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu əlbəttə ki, ilk növbədə sabitliyin və təhlükəsizliyin və güvənin nəticəsində baş verir. Azərbaycanın Qoşulmama Hərakatına sədirliyi, ölkənin beynəlxalq imicini gücləndirdi. Bu Azərbaycanı Cənub ölkələri ilə əlaqələrini dərinləşdirdi. Türkiyə ilə strateji müttəfiqlik bəyannaməsi imzalanıb və region ölkələri ilə əməkdaşlıq daim diqqət mərkəzində yer alır. Bütün bunlar Azərbaycan hökumətinin xarici siyasətinin prioritetlərindən qaynaqlanır və balanslı xarici siyasətin istiqamətlərində öz əksini tapıb. Türkiyə ilə “Bir millət, iki dövlət” prinsipi əsasında qurulmuş münasibətlər, Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirildi. Türkiyə və Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır və bu səbəbdən Azərbaycan həmçinin Gürcüstanla bütün sahələrdə dostluq və əməkdaşlıq əlaqələrini genişləndirir. Bu ölkələrlə iqtisadi, logistik və nəqliyyat sahələrində bir çox iri layihələr həyata keçirilib və bu istiqamətdə işlər daha da inkişaf etməkdədir: “Azərbaycan bu gün regionda baş verən hadisələr fonunda Rusiya və İranla balanslaşdırılmış siyasət yürüdür və bu istiqamətdə Şimal-Cənub nəqliyyat dəhlizi mühüm strateji layihə hesab olunur. Bütün bunlar Azərbaycanı regionda tranzit və enerji qovşağına çevirib və Azərbaycanın əhəmiyyətini kifayət qədər artırıb. Bu gün Azərbaycan heç vaxt olmadığı qədər ABŞ və Avropanın Qərb strukturları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq xüsusilə də enerji və nəqliyyat sahələrində daha çox təşəkkül tapmaqdadır. 2022-ci ildən qaz ixracının artırılması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu Avropa İttifaqı ilə tərəfdaşlıq səviyyəsində əlaqələrini genişləndirir. Bu gün Azərbaycan və ABŞ arasında münasibətlər yenidən qurulur və əvvəlki illərdən fərqli olaraq daha çox ölkələrin qarşılıqlı inteqrasiyası ilə müşahidə olunur. ABŞ-nin Cənubi Qafqazla və ümumiyyətlə, regionla bağlı siyasətində Ermənistan və Azərbaycan xüsusi diqqət mərkəzində yer alır. ABŞ və Azərbaycan arasında təhlükəsizlik, enerji və terrorla mübarizə sahəsində əməkdaşlıq mövcuddur. Türk dünyasına Azərbaycanın inteqrasiyası xüsusilə də Türk Dövlətləri Təşkilatındakı yeri və rolu böyükdür. Bu təşkilatın verdiyi imkanlar çərçivəsində bu gün Azərbaycan Orta Asya ölkələri ilə siyasi iqtisadi və mədəni əlaqələrini genişləndirir və məhz bu platformada Azərbaycan Mərkəzi Asya ilə əlaqələrini dərinləşdirir. Əlbəttə ki, bunlarla paralel olaraq bu gün Azərbaycan Afrika və Cənub Şərqi Asiya ölkələri ilə əlaqələrini qurur və humanitar sahələrdə diplomatik səylər göstərir. Həmçinin Qərb və Şərq arasında Azərbaycanın əhəmiyyətini qeyd etmək lazımdır. Azərbaycan bu gün körpü rolundadır və enerji diplomatiyasında qazandığı uğurları, nəqliyyat diplomatiyasında da təkrarlamaq üçün əlindən gələni edir və bu onun Orta güc statusunu yaxın gələcəkdə daha da əhəmiyyətli dərəcədə artıracaq. Zəngəzur dəhlizi perspektivlər arasında xüsusi yer tutur və bu dəhlizin reallaşması nəticəsində Azərbaycan yeni imkanlar qazanacaq. Bilirsiniz ki, Ermənistanla aramızda sülh sazişinin imzalanması istiqamətində proseslər uğurla başa çatıb və bütün kritik mərhələlər keçilib. Ermənistanla əlaqəli bəzi məsələlər öz həllini tapmalıdır və dərhal yekun sülh müqaviləsinin imzalanması prosesi baş verəcəkdir. Bunu Münhendə səfərdə olarkən ölkə başçısı, jurnalistlərə verdiyi açıqlamasında, bir daha bəyan etdi. Hesab edirəm ki, sülh sazişi və Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın gücünə güc qatacaq və bu səbəbdən yaxın gələcəkdə ölkəmizin dünya və region üçün əhəmiyyəti daha artacaq”.

Ç.Şahbazi onu da qeyd edib ki, bunların hamısı səbəbdir ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və rolunun artırılması daha çox müşahidə olunur və məhz Azərbaycanın enerji siyasəti , coğrafi mövqeyi, çoxvektorlu xarici siyasəti və regionda sabitlik təşəbbüsləri üzərində dayanıqlığı onu bu istiqamətdə regionun lider dövlətinə çevrə bilib. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynayır və Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Avropaya qaz ixracı və enerji təhlükəsizliyi ilə bağlı ciddi töhvələr verir. Bu Azərbaycanın strateji əhəmiyyətini artırır və yeni layihələrə zəmin yaradır. Orta Dəhliz vasitəsilə bu gün Azərbaycan, Çin, Mərkəzi Asya və Avropa arasında nəqliyyat keçidi kimi də vacib tranzit ölkəsinə çevrilməkdədir. Əlbəttə, əldə olunan uğurlar böyük siyasi iradənin və cəsarətli mövqe nəticəsində ərsəyə gətirilib və bu gün, Azərbaycan, yürütdüyü siyasətini region və qlobal arenada sabitlik, sülh və əməkdaşlıq prinsipləri əsasında davam etdirir. Bu siyasət ölkəmizin ABŞ, Avropa Birliyi, Türkiyə, İran və digər dövlətlərlə əlaqələrini genişləndirir və Azərbaycan həm Yaxın Şərq, həm də regionun digər coğrafiyalarında vasitəçiliklə bağlı diplomatiya rolunu gücləndirməyə çalışır. Bu kontekstdə rəsmi Bakının Suriya, İsrail və digər region dövlətləri ilə münasibətləri və təmasları mövcuddur: “Azərbaycan və ABŞ münasibətlərində yeni mərhələnin başlandığını görürük. Beynəlxaq anlaşmalar və strateji əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində, ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq sənədi imzalanıb. Bu da əməkdaşlığı iqtisadi, təhlükəsizlik, enerji və texnologiya sahələrində genişləndirir və heç şübhəsiz ki, bütün bunlar Azərbaycanı dünyada və regionda daha sabit və etibarlı tərəfdaş kimi təsvir edir. Əlbəttə ki, burda həmçinin ölkənin diaspora siyasətini də qeyd etməmək mümkün deyil. Bu istiqamətdə də əhəmiyyətli dərəcədə işlər aparılıb və bu gün dünyadakı azərbaycanlı icmalar vasitəsilə beynəlxalq səviyyədə təsir mexanizmləri həyata keçirilir və əlaqələrin möhkəmləndirilməsi diqqət çəkən məqamlardan biridir. Bu ölkəmizin diplomatik və mədəni strategiyasının bir hissəsi halına gəlib. Azərbaycan prezidentinə təqdim olunan beynəlxalq səviyyəli mükafatlar heç şübhəsiz ki onun dünyada və regionda sülh istiqamətində atdığı addımların göstəricisidir. Bütün bunlarla yanaşı əlbəttə ki, çətinliklər də var. Avropa Parlamenti və digər beynəlxalq qurumların bəzi hesabatlarında Azərbaycan hökuməti ilə bağlı haqlı və haqsız tənqidlər yer alır. Əlbəttə ki, bu tənqidlər arasında qərəzli mövqedən çıxış edənlərin məruzələri daha çox yer aldığını qeyd etmək lazımdır. Bu mətbuat azadlığı və insan hüquqları sahəsində daha çox müşahidə olunur və bu da Azərbaycanın artan nüfuzuna dair müsbət rəylərə öz təsirini göstərir. Hesab edirəm ki, ölkəmiz istər beynəlxalq aləmə inteqrasiya məsələsində yürütdüyü xarici siyasətində , istərsə də daxili auditoriyada olan çatışmazlıqları aradan qaldırılması istiqamətində, beynəlxalq normalara uyğunlaşmaq üçün yürütdüyü siyasəti davam etdirəcək və bunun üçün artıq zəmin yaradılıb və yaxın gələcəkdə Azərbaycanda bu problemlərin həlli istiqamətində daha ciddi addımlar atılacaq. Bunun üçün ölkənin resursları və siyasi kursu kifayət edir ki , sabahımız bu günümüzdən daha yaxşı olsun”.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:333
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Fevral 2026 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see464

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see333

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see327

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see282

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see261

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see253

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see250

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see235

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see232

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see220

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see219

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see214

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see213

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see205

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see199

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see191

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see190

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see190

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see176

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri