Icma.az
close
up
RU
Azərbaycanın ali təhsil müəssisələrinin rəhbərləri Özbəkistandakı AMM də olublar

Azərbaycanın ali təhsil müəssisələrinin rəhbərləri Özbəkistandakı AMM də olublar

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Özbəkistanda səfərdə olan Azərbaycanın ali təhsil müəssisələrinin bir qrup rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub. 

Azərbaycan təhsil nazirinin müavini İdris İsayevin başçılıq etdiyi heyətə Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı geniş məlumat verilib. 

Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, Mədəniyyət Mərkəzi 2010-cu ildə yaradılıb və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olub. Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzi qardaş Özbəkistanda istər Ümummilli Liderin irsinin , istər Azərbaycan mədəniyyətinin təbliği, öyrənilməsi, eləcə də iki ölkə və xalq arasında mədəni, ədəbi, elm, təhsil əlaqələrinin yaradılması və mövcud əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir. Bundan əlavə Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına və s. aid çox sayda nəşr layihələri həyata keçirilir, konsert proqramları, beynəlxalq konfranslar, simpoziumlar, ustad dərsləri, sərgilər təşkil edilir. Azərbaycan mədəniyyətinin, tarixinin daha effektiv təbliğini təşkil etmək məqsədilə Mədəniyyət Mərkəzində dörd muzey – Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Özbəkistan-Azərbaycan Dostluq Muzeyi, Azərbaycan Xalçaları Muzeyi və  kitabxana yaradılıb, rəqs, rəsm, Azərbaycan dili kursları, eləcə də gənclərdən ibarət teatr truppası təşkil edilib. 

İdris İsayev ətraflı məlumat və səmimi qarşılanmaya görə Mədəniyyət Mərkəzinə təşəkkür edib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qulu Kəngərli

Daşkənd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyun 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri