Azərbaycanın Özbəkistandakı səfiri azərbaycanlı tələbələrlə görüşüb
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycanın Özbəkistandakı səfiri Dr. Rəşad Məmmədov Özbəkistanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib.
Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) təşkil olunan görüşdə tələbələrin təhsil şəraiti, akademik fəaliyyəti, qarşılaşdıqları çətinliklər və gələcək perspektivləri müzakirə olunub.
Görüşdə çıxış edən Rəşad Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndiyini, elm və təhsil sahəsində əməkdaşlığın genişləndiyini bildirib. Diplomat hər iki dövlət başçısının gənclərin təhsilinə və intellektual inkişafına xüsusi diqqət yetirdiyini vurğulayaraq, azərbaycanlı tələbələri yaradılan imkanlardan səmərəli istifadə etməyə, müasir bilik və bacarıqlara yiyələnməyə çağırıb. O, gənclərin Özbəkistanın akademik və ictimai həyatında fəal iştirakının əhəmiyyətini qeyd edib.
AMM-nin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli Mədəniyyət Mərkəzinin xaricdə yaşayan və təhsil alan azərbaycanlı gəncləri bir araya gətirən, onların milli-mədəni dəyərlərlə əlaqəsini yaşadan mühüm platforma olduğunu bildirib. O, tələbələri mərkəzin mədəni və maarifləndirici təşəbbüslərində yaxından iştirak etməyə, Azərbaycanı və onun zəngin irsini Özbəkistanda tanıtmağa töhfə verməyə çağırıb.
Səmimi və açıq dialoq şəraitində keçən görüşdə tələbələr təhsil aldıqları universitetlərdəki şərait, gündəlik həyatları və gələcək planları barədə fikirlərini bölüşüblər. Görüşün sual-cavab hissəsində tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının ifasında Azərbaycan mədəniyyətini və milli-mənəvi dəyərlərimizi əks etdirən bədii proqram təqdim olunub.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Noyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















