Icma.az
close
up
RU
Azərbaycanın AQEMə sədrliyindən gözləntilər böyükdür

Azərbaycanın AQEMə sədrliyindən gözləntilər böyükdür

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Dekabrın 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) 2024–2026-cı illərdə sədrlik Azərbaycana keçib. AQEM-in Baş katibi Kayrat Sarıbay  Azərbaycanın sədrlik çərçivəsində prioritetləri, strukturun inkişaf perspektivləri və regional əməkdaşlığın gücləndirilməsində etimad tədbirlərinin rolu barədə mediaya açıqlamasında bildirib:

– Xarici işlər naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi, Azərbaycan Respublikasının AQEM-də sədrliyi “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanacaq. İlk növbədə, AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini qeyd etmək lazımdır. Bu vəzifə Qazaxıstan sədrliyinin strateji prioriteti idi. Şadam ki, bu məsələ davamlılığı təmin edərək, Azərbaycan sədrliyinin əsas istiqamətlərindən biri olaraq qalır. 

Üzv dövlətlər artıq bəzi təməllər qoyublar: nazirlər keçən il yol transformasiya xəritəsini qəbul ediblər. Bundan əlavə, Azərbaycanın sədrliyi prosesin daha da institusionallaşdırılmasına yönəlib. AQEM çərçivəsində AQEM-in Biznes və Gənclər Şuraları, AQEM-in Beyin Mərkəzləri Forumu, eləcə də yeni yaradılmış Aparıcı AQEM Universitetlərinin Tərəfdaşlıq Şəbəkəsi kimi daimi strukturlar artıq uğurla fəaliyyət göstərir.

AQEM-in Baş katibi Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində tədbirlər proqramından hansı konkret təşəbbüslər və nəticələr gözlənildiyini belə şərh edib:

– Azərbaycanın sədrliyinin mühüm cəhəti AQEM-in digər beynəlxalq strukturlarla tərəfdaşlığa açıq olmasıdır, çünki təşkilat əməkdaşlıq üçün çoxsahəli platforma rolunu oynayır. Gələn il üçün Azərbaycan müxtəlif istiqamətlərdə, o cümlədən kibertəhlükəsizlik, ekologiya, mədəniyyət, iqtisadiyyat, eləcə də təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafı üzrə etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə dair 20-dən çox tədbirdən ibarət proqram təklif edib. Belə geniş və rəngarəng gündəm Azərbaycanın sədrliyinin məhsuldar dövr olacağını vəd edir.

Kayrat Sarıbay Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq təşkilatlara sədrliyi sahəsində son illərdə qazandığı təcrübəni  yüksək qiymətləndirib:

– Bu yaxınlarda Bakı qlobal tədbirin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkana çevrildi. Bu tədbirin təşkili Azərbaycan hökumətindən və xalqından böyük səylər tələb etdi və onlar uğurla bunun öhdəsindən gəldilər. Açılışda şəxsən iştirak etdim və COP29-un yüksək səviyyədə keçirilməsini təsdiqləyə bilərəm.

Azərbaycanın ən böyük beynəlxalq təşkilatlardan biri olan Qoşulmama Hərəkatına sədrlik sahəsində uğurlu təcrübəsi xüsusilə diqqətəlayiqdir. Bu dövrdə mühüm institusional islahatlar aparılıb, yeniliklər tətbiq edilib. Azərbaycanın sədrliyinin əlavə olaraq daha bir il uzadılması onun uğurlu diplomatiyasını sübut edir.

Əhəmiyyətli diplomatik və iqtisadi resurslara malik olan Azərbaycan AQEM çərçivəsində mühüm rol oynamağa qadirdir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Dekabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri