Icma.az
close
up
RU
Baş katib Azərbaycanın AQEMə sədrliyindən gözləntilərini açıqlayıb

Baş katib Azərbaycanın AQEMə sədrliyindən gözləntilərini açıqlayıb

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Əminəm ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iştirakçı ölkələri arasındakı yüksək əmədaşlıq mühiti Azərbaycanın quruma sədrliyi dövründə də qorunub saxlanılacaq”.

APA xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay qurumun Xarici İşlər Nazirləri Şurasının onlayn formatdakı VII iclasında bildirib.

K. Sarıbay əmin olduğunu ifadə edib ki, rəsmi Bakı qurumun transformasiyası istiqamətində görülən işləri davam etdirəcək və 2026-cı ildə keçiriləcək növbəti zirvə görüşünədək əhəmiyyətli qərarların qəbulunda rol oynayacaq.

Onun sözlərinə görə, 2022-ci ildə keçirilən VI toplantından sonra müşavirənin katibliyi əsas diqqəti üzv ölkələrin liderlərinin qarşıya qoyduğu strateji tapşırıqların icrasına yönəldib. Ötən dövrdə Nyu-Yorkda nazirlər səviyyəsinə görüş keçirilib, eyni zamanda AQEM üzvü dövlətlərin yüksək vəzifəli şəxslərinin iştirakı ilə ümumilikdə 7 görüş keçirilib.

K. Sarıbay AQEM-in Katibliyinin qarşısındakı prioritetləri də açıqlayıb:

“Əsas prioritetlərimiz arasında AQEM daxilində tərəfdaşlıq münasibətlərinin və təşkilatın qlobal aləmdəki mövqeyinin möhkəmləndirilməsi yer alıb. Eyni zamanda onu qeyd etmək istəyirəm ki, ötən dövrdə BMT və digər beynəlxalq qurumlarla əlaqələrimiz daha da genişlənib. Həmin strukturlar arasında TÜRKPA, ASEAN, Şanxay Əməkdaşlıq Təşkilatını xüsusilə qeyd etmək istəyirəm. Onu da bildirirəm ki, bu müddətdə biz BMT-nin insan resurslarının idarəolunması sahəsindəki təcrübələrindən ən geniş formada yayılan nümunələri seçərək, öz fəaliyyətimizdə tətbiq etmişik”.

Bununla belə, Baş katib son iki il ərzində təşkilat üzvləri tərəfindən onun fəaliyyətinə verilən maddi dəstəyin azaldığına diqqət çəkib. O əlavə edib ki, 2023-cü ildə bu göstərici 60 faiz təşkil etdiyi halda, 2024-cü ildə 37 faizədək azalıb:

“İlk növbədə mən AQEM-ə üzv dövlətlərin xarici işlər nazirlərini təşkilatın katibliyinin fəaliyyətinə maddi dəstəyin artırılmasını müzakirə etməyə çağırıram. Bu amil təşkilatın tərkibində yer alan bütün dövlətlərin məsuliyyətini artıracaq. Eyni zamanda onu da bildirmək istəyirəm ki, təşkilatımızın mənzil-qərargahının tikintisi qrafikə uyğun olaraq davam etdirilir. Onun 2025-ci ilin yayında fəaliyyətə başlayacağı gözlənilir. Mən çıxışımın sonunda 2024-2026-cı illərdə AQEM-ə sədrlik edəcək Azərbaycana uğurlar arzulayıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Dekabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see248

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see206

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see170

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see139

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see137

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri