Icma.az
close
up
RU
Azərbaycanın artan rolunun göstəricisi

Azərbaycanın artan rolunun göstəricisi

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, müzakirə edilən məsələlər və mətbuata verilən bəyanatlar diplomatiya tariximizin əhəmiyyətli hadisələrindən biridir. Dünyanın 7 inkişaf etmiş ölkəsindən biri və Avropa qitəsinin “ağır yükünü çiyinlərində daşıyan” aparıcı dövləti olan AFR-in Azərbaycan Respublikası ilə bərabərhüquqlu münasibətlərin inkişafında maraqlı olması dövlətimizin beynəlxalq nüfuzunun göstəricisidir.

Azərbaycan və alman xalqları arasında münasibətlərin dərin tarixi kökləri vardır. Azərbaycan xalqı çarizm dövründə torpaqlarımıza köçürülən, kənd təsərrüfatı və sənayenin inkişafında iştirak edən almanlara isti münasibət bəsləyib. Qarışıq nikahlar vardır. Almaniyada Azərbaycan icması təxminən100 ilə yaxın bir tarixə malikdir.

Ölkəmizin ərazisində alman izlərinin, İkinci Dünya müharibəsi zamanı əsirlikdə vəfat etmiş almanların məzarlarının, kilsələrinin indiyədək qorunub saxlanılması Azərbaycanın dövlət siyasətindən və xalqımızın milli xarakterindən irəli gəlir.

Prezident Frank-Valter Ştaynmayerin Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında ölkəmiz haqqında söylədikləri bir neçə fikir mövcud şəraitdə və gələcəkdə Azərbaycanın vacib rolunu özündə əks etdirdiyi üçün əhəmiyyətlidir. Onun “beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir və biz gələcək nəsillərə də düzənsiz dünyanı qoyub getmək istəmirik. Bizim üçün strateji mövzularda da müzakirə apardıq” fikirləri hər iki dövlət başçısının proqnozlaşdırıla bilməyən dünyanın əleyhinə olduqlarını göstərir, rəsmi Berlinin Azərbaycanın Qafqaz regionu coğrafiyasını aşaraq yeni dünya düzəninin qurulmasında və strateji məsələlərin müzakirəsində mühüm dövlətə çevrildiyini qəbul etməsidir.

Almaniya dövlət başçısı Azərbaycanın Avropanın xilaskarı olduğunu da bəyan etdi. Onun dediyi “... 2022-ci ildə Azərbaycan Almaniyada böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü və mən buna görə Sizə çox təşəkkür edirəm” sözləri təkcə bu gün deyil, gələcək üçün də əhəmiyyətli olub, Prezident İlham Əliyevin qətiyyətinin və yürütdüyü açıq, dürüst siyasətin etirafıdır. Bu, siyasətin bir cəsarət işi olduğunu, Azərbaycanın tam müstəqil siyasət yürütdüyünü göstərir və Almaniyanın xilaskarı olduğuna görə minnətdarlığın ifadəsidir.

Almaniya rəhbərinin “qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var...infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik” ifadələri əməkdaşlığın perspektivlərindən və güclü, enerjili Azərbaycana “qoca qitədə” ehtiyacın artdığından xəbər verir.

Bəyanatında Almaniya dövlət başçısının aşağıdakı sözləri Prezident İlham Əliyevin liderliyində ölkəmizin keçdiyi böyük inkişaf yolunun qəbul edilməsi və dünyanın birləşməsində Azərbaycanın yerinin möhkəmləndiyini və rolunun artdığını göstərir: “Çox şadam ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq.”

AFR Prezidenti ad çəkməsə də Azərbaycanın təcavüzkar Ermənistan üzərində qələbəsini və region üçün əhəmiyyətini belə ifadə etdi: “ Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək.”

“Son illərdə cərəyan etmiş hadisələr” təcavüzkar Ermənistanın məğlub edilməsi, Azərbaycan ərazilərindən işğalçının qovulması, separatizmin kökünün tamamilə kəsilməsi, dövlət suverenliyinin bütün ölkə ərazisində bərqərar edilməsidir.

Bu səfər ərazisinin böyüklüyü və kiçikliyindən, əhalisinin sayının azlığı və çoxluğundan asılı olmayaraq dövlətlər arasında bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərin qurulmasında dövlət rəhbərlərinin zəkasının müstəsna rol oynadığını bir daha göstərdi.

Azərbaycana ehtiyac bundan sonra daha da artacaqdır...

Musa Qasımlı

Milli Məclis sədrinin müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri