Icma.az
close
up
RU
“Bu, Azərbaycanın regional və qlobal platformalarda artan rolunun göstəricisidir”

“Bu, Azərbaycanın regional və qlobal platformalarda artan rolunun göstəricisidir”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“Azərbaycanın 19 dekabr 2024-cü ildə Qahirədə keçirilən XI Sammitdə yekdilliklə İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi ölkəmizin artan nüfuzunun, iqtisadi gücünün, siyasi çəkisinin və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir. Bu, təşkilatın yaradılmasından bəri ilk genişlənmədir ki, bu da Azərbaycanın regional və qlobal platformalarda artan rolunun göstəricisidir. Azərbaycan Qlobal Cənubun səsinin dünyada eşidilməsi üçün fəal şəkildə çıxış edir. Ölkəmiz 2019-cu ildə inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək məqsədilə “77-lər Qrupu və Çin” formatına qoşulub və Cənub-Cənub əməkdaşlığına öz töhfəsini verib. Azərbaycan həmçinin Qlobal Cənub ölkələri arasında ikitərəfli münasibətlərin gücləndirilməsini qətiyyətlə dəstəkləyir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

Deputat vurğulayıb ki, son illərdə Azərbaycanın Afrika ölkələri ilə münasibətləri əhəmiyyətli dərəcədə dərinləşib: “Suverenliyin və ərazi bütövlüyünün tam bərpası xarici siyasətdə imkanlarımızı daha da genişləndirmişdir. Nəticədə, çoxsaylı Afrika liderləri ikitərəfli münasibətlərin inkişafı məqsədilə Azərbaycana səfərdə maraqlı olduqlarını ifadə etmiş və ölkəmizi qitəyə sərmayə yatırmağa dəvət etmişlər”.

P.Vəliyeva bildirib ki, 2 dekabrda Qahirədə keçiriləcək ticarət nazirlərinin 4-cü iclası isə Azərbaycanın təşkilatda fəal iştirakının başlanğıcı baxımından xüsusi əhəmiyyət daşıyır: “Bu toplantı Azərbaycanın D-8 çərçivəsində ticarət, investisiya və iqtisadi əməkdaşlıq gündəliyini formalaşdırmaqda ilk real addımı olacaq. Bu, ölkəmizə təşkilatın qəbul edəcəyi Qahirə Bəyannaməsinin hazırlanmasında və prioritetlərin müəyyənləşdirilməsində rol almaq imkanı verir. Azərbaycanın iqtisadiyyatının sənaye, kənd təsərrüfatı, enerji, rəqəmsal inkişaf, nəqliyyat-logistika və ixrac potensialının D-8 coğrafiyasında daha geniş tanıdılması üçün mühüm platformadır. Təşkilatda olmaq 1 milyarddan artıq əhalini və 5 trilyon dollardan çox ÜDM-i təmsil edən geniş bazara çıxış üçün yeni imkanlar açır”.


O əlavə edib ki, buhəmçinin Azərbaycanın “Cənub-Cənub əməkdaşlığı”na, İslam dünyası daxilində iqtisadi həmrəyliyə və inkişaf etməkdə olan ölkələrin birgə fəaliyyətinə verdiyi töhfələri daha da gücləndirəcək: “Bu iclas Azərbaycanın D-8 ailəsinə inteqrasiyasının üçün mühüm addım olmaqla yanaşı, ölkəmizin yaxın illər üçün iqtisadi diplomatiya xəttinin mühüm tərkib hissəsinə çevriləcək”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 Dekabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri