Icma.az
close
up
RU
Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda keçirilən “Daşkənd Hüquq Baharı” adlı IV beynəlxalq hüquq forumunda iştirak edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, 800-dən artıq iştirakçının qatıldığı forum çərçivəsində 20-dən çox sessiya təşkil olunub. Ceyhun Salmanov dövlət xidmətlərinə həsr olunan panel sessiyada “ASAN xidmət” modeli və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib. İnnovativ idarəetmə, vətəndaş məmnunluğu, şəffaflıq və əlçatanlıq prinsiplərinə əsaslanan “ASAN xidmət” təcrübəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Dövlət Agentliyinin nümayəndə heyəti ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin rəhbərliyi arasında ikitərəfli görüş də keçirilib. Görüşdə 2019-cu ildə imzalanmış “Özbəkistan Respublikasında Dövlət Xidmətləri Mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumu”nun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il avqustun 23-də Daşkənd şəhərinə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.

Dövlət xidmətləri sahəsində data idarəetməsi və süni intellekt texnologiyalarının tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, həmçinin Özbəkistan Ədliyyə Nazirliyinin nümayəndələri üçün “ASAN xidmət” mərkəzlərində müvafiq sahə üzrə təlimlərin təşkili ilə bağlı razılıq əldə olunub.

Forum çərçivəsində, həmçinin “Alibaba” şirkəti və “Oxford Insights” təşkilatının nümayəndələri ilə görüşlər keçirilib, innovasiya və rəqəmsal texnologiyalar sahəsində mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri