Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan “ICT WEEK UZBEKISTAN 2026” çərçivəsində Daşkənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Texnologiya Forumunda təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, forumda Azərbaycanın innovasiya və startap ekosisteminin inkişafı, texnoparkların fəaliyyəti, innovasiyanın təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər və əldə olunan nəticələr barədə məlumat veriləcək.
Sentyabrın 23-də keçiriləcək panel sessiyasında Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Şahin Əliyev çıxış edəcək. O, ölkəmizdə innovasiya ekosisteminin inkişafı, startapların dəstəklənməsi, texnoparkların fəaliyyəti və innovativ sahibkarlığın təşviqi istiqamətində görülən işlərdən danışacaq.
Texnologiya Forumu Türk dünyasında texnologiya və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübə və bilik mübadiləsinin gücləndirilməsi, eləcə də yeni tərəfdaşlıqların qurulması imkanlarının müzakirəsi baxımından mühüm platforma kimi çıxış edir.
Forum çərçivəsində iştirakçı ölkələrin innovasiya və texnologiya ekosistemləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə təşəbbüslərin və yeni tərəfdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.
Müxbir – Pərvanə Qafarova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 22 Sentyabr 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















