Icma.az
close
up
RU
Azərbaycanın “Barbastro”su kim olacaq? ARAŞDIRMA İdman və Biz

Azərbaycanın “Barbastro”su kim olacaq? ARAŞDIRMA İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya kubokunun dünənki oyunları La Liqa təmsilçisi "Espanyol"a 2:0 hesabı ilə qalib gələn dördüncü divizionun autsayderi "Barbastro"nun sensasiyası ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, Azərbaycanda keçirilən kubok matçlarında isə “Barbastro”nun qəhrəmanlığını təkrarlayan komanda çoxdan yoxdur.

Düzdür, ölkəmizdə ümumiyyətlə 4-cü divizion mövcud deyil. Gücünə görə 4-cü ola biləcək Region Liqası komandaları isə kuboka buraxılmır.

Amma bu yarışda mübarizə aparan I Liqa və II Liqa klubları “Barbastro” olmağa cəhd edə bilər. Hərçənd onlar da Misli Premyer Liqasının komandaları ilə ayaqlaşa bilmir. Artıq neçə mövsümdür ki, elita təmsilçiləri aşağı liqa klublarını “kötəkləməklə” məşğuldur.

Cari mövsümdə artıq 7 dəfə buna şahid olmuşuq. II təsnifat mərhələsində “Səbail” “Dinamo”nu, “Kəpəz” “Ağdaş”ı 6:0, “Turan Tovuz” “Hypers Guba”nı 7:2, “Şamaxı” “Şəmkir”i 6:1, “Araz-Naxçıvan” “Şahdağ Qusar”ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

1/8 finalın dünənki oyunlarında böyük hesab qeydə alınmasa da, “Səbail” “Qaradağ Lökbatan”la (2:0), “Araz-Naxçıvan” “Mingəçevir”lə (3:1) matça optimaldan uzaq heyətlə və sanki gəzərək çıxıb.

Bu 7 matçda ümumilikdə 34:4 hesabı ilə üstün olan Premyer Liqa klublarının bu gün də büdrəyəcəyi real görünmür. “Neftçi”nin “Difai”, “Qarabağ”ın “Qəbələ”, “Kəpəz”in “İmişli”, “Sumqayıt”ın MOİK-ə sensasiya şansı verəcəyi inandırıcı deyil. Bir sözlə, Premyer Liqanın digər dəstələr üzərində qələbə sayında 11-0 üstələməsi an məsələsinə oxşayır.

Əslində, bu, ilk belə hal olmayacaq. Ötən mövsümdə də II təsnifat mərhələsinin 5, 1/8 finalın 6 oyununda ümumilikdə 11 qələbə qazanan elita təmsilçiləri “aşağılara” yerini göstərmişdi. Düzdür, iki görüşdə fərq bir top olub. “Qəbələ” “İmişli”yə, “Qarabağ” MOİK-ə cəmi bir top vurub. “Kəpəz” isə “Baku Sportinq”i əlavə vaxtda yenib. Amma 11 qələbə və ümumi top fərqində 49:5 hesablı üstünlük yaşanıb.

Ötən və cari mövsümdəki bu fərq üzündən əvvəlki illərdə aşağı liqa klublarının bəziləri kubokda oynamaqdan boyun qaçırırdı. 2022/23 mövsümündə I divizionun 4 komandası ümumi 0:16 hesabı ilə dörd məğlubiyyət alıb. Ondan bir il əvvəl isə Premyer Liqanın dörd təmsilçisi 10 top vurub və 3-nü buraxmaqla rəqiblərini mübarizədən kənarlaşdırıb.

Göründüyü kimi, artıq 4 mövsümdür bizdə öz “Barbastro”muz yoxdur. Bu müddətdə 26 duelin hamısında Premyer Liqa klubları rəqiblərini asanlıqla keçiblər.

İspaniya “cırtdan”ının qəhrəmanlığına nail olan son Azərbaycan klubu isə “Kəpəz” olub. Gəncə klubu 2020/21 mövsümünün 1-ci mərhələsinin son görüşündə sensasiyaya imza atıb. 2021-ci il yanvarın 25-dəki “qurban” isə “Sabah” olub. 2:1 hesablı əzmkar qələbə qazanan “Kəpəz” həmin vaxt oynadığı I divizionun Premyer Liqa klubunu keçən son təmsilçisidir.

Gəncə klubundan sonra 26 məğlubiyyət alan aşağı dəstə komandaları ümumilikdə 12:109 hesabı ilə uduzublar.

Bəlkə də bu gün növbəti sensasiya, son 4 mövsümün ilki gerçəkləşəcək. Amma Premyer Liqa – Aşağı liqalar duellərində 5-6 top fərqli nəticələrin zənginliyi bunu gözləməyə mane olur.

Qeyd edək ki, kubokun bugünkü ilk görüşləri saat 16:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Dekabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri