Icma.az
close
up
RU
Azərbaycan Fransa: 15ci dueldə kim sevinəcək? ARAŞDIRMA İdman və Biz

Azərbaycan Fransa: 15ci dueldə kim sevinəcək? ARAŞDIRMA İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bu həftə Avropa Liqasında növbəti oyunlar keçiriləcək.

İdman.biz xəbər verir ki, Liqa mərhələsində mübarizə aparan “Qarabağ” da V turun matçına çıxacaq.

Azərbaycan çempionu evdə Fransa təmsilçisi “Lion”la görüşəcək. Bu, iki ölkə komandaları arasında 15-ci avrokubok görüşü olacaq.

“Qarabağ”la 10, Azərbaycan 14

İndiyədək Azərbaycan və Fransa klublarının yolları 7 dəfə kəsişib. Bu duellər çərçivəsindəkki 14 qarşılaşmada təmsilçilərimiz 2 qələbə qazanıblar. Fransa komandalarının hesabında 8 qalibiyyət var. Digər 4 görüşdə qalib müəyyənləşməyib. 10 qol vuran komandalarımız 24 qola üzülüblər.

Bu 14 oyundan 10-u “Qarabağ”ın iştirakı ilə baş tutub. Bir qələbə və 3 heç-heçəsi olan çempionumuz 6 dəfə məğlubiyyətlə üzləşib. Rəqib qapısına 7 qol vuran futbolçularımız 20 top buraxıblar.

“Peraşki” dövründən ilk xala qədər

Azərbaycan və Fransa klubları arasında ilk qarşılaşma 25 il əvvələ təsadüf edib. İntertoto kubokunda mərhələ adlamaqla buna nail olan ilk təmsilçimiz kimi düşən “Qarabağ” ikinci raundda “Monpelye” ilə üz-üzə gəlib. Futbolumuzun “peraşki” dövründə "Böyük beşlik” təmsilçisinə müqavimət göstərmək də mümkün olmayıb. Hər iki görüşdə rəqib böyük hesabla qalib gəlib.

Növbəti dueli 15 il gözləmək lazım gəlib. Tarixində ilk dəfə Avropa Liqasının qrupuna düşən Ağdam klubu “Sent Etyenn”lə eyni “dördlük”də mübarizə aparıb. Liqa1 təmsilçisi ilə başabaş mübarizə aparan çempionumuz hər iki görüşdən bir xalla ayrılıb.

Növbəti mövsüm yenidən Avropa Liqasının qrupuna yüksələn Qurbanovun komandası yenə Liqa1 təmsilçisi ilə rəqib olub. Avropada Fransanı təmsil edən “Monako”ya səfərdə uduzan “Qarabağ” Bakıda “Knyazlıq klubu”ndan xal qoparıb. Bununla da təmsilçimiz fransalılarla ardıcıl iki mövsümdə 3 heç-heçə edib.

Bir mövsümdə iki dəfə

2016/17 mövsümü Azərbaycan və Fransa klublarının yollarının iki dəfə kəsişməsi ilə əlamətdar olub. Hər iki duelə “Qəbələ” çıxıb. Roman Qriqorçukun komandası öncə III təsnifat mərhələsində, sonra qrupda fransalılarla görüşüb.

Avropa Liqasında “Lill”i mübarizədən kənarlaşdıran “Qəbələ” ilk qələbənin müəllifi olub. “Qırmızı-qaralar” qrupda “Sent Etyenn”lə görüşüb. Təmsilçimiz rəqibindən xal ala bilməyib.

Məhsuldar oyunlar və darmadağın

Növbəti iki duel yenidən “Qarabağ”ın hesabına yazılıb. Qurbanovun yetirmələri 2021/22 mövsümündə Konfrans Liqasından çıxdıqdan sonra “Marsel”ə rəqib olub. Adlı-sanlı rəqib pley-offun hər iki görüşündə qalib gəlib.

2022-ci ilin payızında isə Avropa Liqasının qrupundakı rəqib “Nant” olub. Bu dəfə də görüşlər məhsuldarlığı ilə seçilib. Son dörd görüşün heç birində 3-dən az qol vurulmayıb. Fransa təmsilçisi ilə Bakıdakı son görüş darmadağınla nəticələnib. “Qarabağ” rəqibini üç cavabsız qolla məğlub edib. Bu, klub tarixinə ilk, Azərbaycan futbolu tarixinə fransalılar üzərində 2-ci qələbə kimi düşüb.

Bu, həm də klublarımızın bu ölkədən olan rəqiblər üzərində yeganə böyükhesablı qələbəsidir. Maraqlıdır ki, fransalıların Bakıya ilk və son səfərləri eyni hesabla başa çatıb. 25 il əvvəl sevinən “Monpelye” olubsa, 2022-ci ildə “Qarabağ” sevinib.

1999/2000 mövsümü, İntertoto kuboku, 2-ci mərhələ
“Qarabağ” – “Monpelye” – 0:3, 0:6
2014/15 mövsümü, Avropa Liqası, qrup mərhələsi
“Qarabağ” – “Sent Etyenn” – 0:0, 1:1
2015/16 mövsümü, Avropa Liqası, qrup mərhələsi
“Monako” – “Qarabağ” – 1:0, 1:1
2016/17 mövsümü, Avropa Liqası, III təsnifat mərhələsi
“Lill” – “Qəbələ” – 1:1, 0:1
Qrup mərhələsi
“Sent Etyenn” – “Qəbələ” – 1:0, 2:1
2021/22 mövsümü, Konfrans Liqası, pley-off mərhələsi
“Marsel” – “Qarabağ” – 3:1, 3:0
2022/23 mövsümü, Avropa Liqası, qrup mərhələsi
“Qarabağ” – “Nant” – 3:0, 1:2

Qeyd edək ki, “Qarabağ” – “Lion” oyunu noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Noyabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri