Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq aləmdə artan qüdrəti

Azərbaycanın beynəlxalq aləmdə artan qüdrəti

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, Ulu Öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı.

Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlərin yaxşı olması çoxtərəfli münasibətlərin inkişaf edirilməsinə müsbət təsir göstərir. Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim bütün ölkələr üçün nümunə olmuşdur. Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi günbəgün möhkəmlənir. Bu özünü həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında təsdiqləyir. Qarşılıqlı səfərlər fonunda münasibətlərin yeni istiqamətlər üzrə inkişafı beynəlxalq təşkilatlarda birgə səylərin göstərilməsinə geniş imkanlar yaradır. Prezident İlham Əliyevin son günlərdə iştirak etdiyi, həmçinin Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin xronologiyasına diqqət yetirsək dünya birliyində söz sahibliyimizi, yerimizi və rolumuzu daha aydın görmək olar.

Oktyabrın 10-da Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü oldu. Bu çıxış həm siyasi, həm diplomatik, həm də humanitar aspektlərdən çoxqatlı məna daşıyır. Prezidentin səsləndirdiyi hər bir fikir Azərbaycanın MDB məkanında qarşılıqlı hörmət, əməkdaşlıq və sülh dəyərlərinə sadiqliyinin bariz ifadəsidir.

Azərbaycan Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətlərə xüsusi önəm verir: “Hər bir səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verir. MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşündə ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Bu günədək imzalanmış sənədlər münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafı üçün hüquqi bazadır. 2007-ci ildə imzalanmış “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” əlaqələrin inkişafında yol xəritəsidir. Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Tacikistana səfəri iki ölkənin münasibətlərinin dünəninin, bu gününün və perspektivlərinin aydın mənzərəsini bir daha təqdim etdi. Reallıq budur ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur”.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il              MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirirdi. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Bu gün Azərbaycan–Tacikistan münasibətləri müasir dövrün tələblərinə uyğun olaraq dinamik şəkildə inkişaf edərək hər sahədə tərəfdaşlığı genişləndirən, həm birlik daxilində, həm də beynəlxalq müstəvidə nümunəvi əməkdaşlıq modelinə çevrilmişdir. Prezident İlham Əliyevin çıxışı bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və MDB məkanında stabil, qarşılıqlı faydalı tərəfdaşlıq mühitinin yaradılmasına xidmət edəcəyini bir daha təsdiqlədi.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri