Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq nüfuzu günü gündən artır

Azərbaycanın beynəlxalq nüfuzu günü gündən artır

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İlham Əliyev - Əməkdaşlığın, dialoq və sabitliyin təminatçısı, Cənubi Qafqazın inkişaf perspektivlərinin memarı...

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, güclü siyasi iradəyə malik dövlət və sabitlik adası kimi tanınmaqdadır. Ölkəmiz bu gün təkcə regional deyil, həm də qlobal miqyasda nüfuzlu mövqeyə sahibdir - Qlobal Şimal və Qlobal Cənub, eləcə də Şərq və Qərb istiqamətində həyata keçirilən siyasət və onun nəticələri Azərbaycanın düşünülmüş və uğurlu xarici kursunun təzahürüdür. Bir sözlə, rəsmi Bakı beynəlxalq sistemdə inamlı, etimada malik və sözündə qətiyyətli bir dövlət kimi qəbul olunur. Təbii ki, burada bir çox amillər həlledici rol oynamaqdadır. İqtisadi dayanıqlığın təməl prinsip olaraq müəyyənləşdirilməsi, əməkdaşlığın ön planda tutulması, qarşılıqlı maraqlar üzərində qurulan ikitərəfli və çoxtərəfli əlaqələr Azərbaycanı dünyada tanıdan aparıcı keyfiyyətlərdir - eləcə də, 2020-ci il Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə yalnız tarixi ədalətin bərpası deyil, həm də geniş bir geostrateji coğrafiyada yeni reallıqların formalaşmasına yol açıb. Bu reallıqlar fonunda Azərbaycan Şərqlə Qərb arasında yeni kommunikasiya xəttinin müəyyənləşdirilməsində aparıcı rola sahib olub, bölgənin təhlükəsizlik arxitekturasını yenidən formalaşdırıb. Zəngəzur dəhlizinin təşəbbüskarı və qətiyyətli dəstəkləyicisi kimi Bakı, gələcəkdə Avropa üçün mühüm strateji ticarət və nəqliyyat seqmentinin təminatçısına çevrilməkdədir.

Mühüm görüşlər...

Azərbaycanın mövcud geosiyasi və geoiqtisadi xəritədə çəkisi, ilk növbədə, Avropanın enerji təhlükəsizliyində oynadığı rolda öz əksini tapır. Bakı bu gün Avropa İttifaqı ölkələrinin sabit enerji təchizatında əsas tərəfdaşlardan biridir. Bununla yanaşı, ölkəmiz Şərq-Qərb daşımacılığının və Cənub-Qərb dəhlizlərinin mühüm mərkəzinə çevrilərək qlobal ticarət axınlarının etibarlı tranzit nöqtəsini təmin edir. Məhz bu reallıqlar fonunda Azərbaycanın və Prezident İlham Əliyevin beynəlxalq səviyyədəki nüfuzu daha aydın görünür. Dövlət başçısının beynəlxalq statuslu tədbirlərdə keçirdiyi görüşlərin qarşı tərəfin müraciətləri əsasında baş tutması, Azərbaycan Prezidentinə göstərilən böyük hörmətin, ölkəmizin yüksək imicinin və Bakı ilə əməkdaşlığa verilən xüsusi dəyərin bariz göstəricisidir - Kopenhagendə də eyni mənzərə yaşanmaqdadır. Dövlət başçısının “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Danimarkaya səfəri də mühüm görüşlərlə yadda qalıb. Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı baxımından, həm də Azərbaycanın Avropada artan rolunun təcəssümü baxımından diqqət çəkir. Avropanın aparıcı ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilat nümayəndələri Prezident İlham Əliyevlə görüşmək üçün təşəbbüs  və səy göstərirlər. Bu, həm dövlətimizin, həm də dövlət başçımızın siyasi çəkisinin, diplomatik uğurlarının və beynəlxalq müstəvidə qazandığı nüfuzun açıq göstəricisidir.

Etibarlı tərəfdaş...

Təbii ki, bu cür uğura imza atmaq heç də asan olmayıb - müstəqillik qazandığı ilk illərdə bir sıra geosiyasi çətinliklərlə üzləşən Azərbaycan son iki onillikdə ardıcıl və müdrik siyasət nəticəsində beynəlxalq aləmdə etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Xüsusilə son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın nüfuzunu həm regionda, həm də dünya miqyasında gücləndirib. Qeyd edildiyi kimi, bu gün Bakı həm qlobal Şimalda, həm də qlobal Cənubda tərəfdaş kimi qəbul olunur, beynəlxalq təşkilatlarda fəallığı ilə seçilir və qlobal statuslu problemlərin həllində konstruktiv mövqeyini nümayiş etdirir.

Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasında bir neçə əsas faktor mühüm rol oynayıb. Əvvəla, ölkəmizin yerləşdiyi geostrateji məkan - Xəzər hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə Şərqi Avropanı birləşdirən yolayrıcında olması Bakını regionun əsas siyasi və iqtisadi aktoruna çevirib. Bu mövqedən səmərəli istifadə edən Azərbaycan transmilli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edərək həm regional sabitliyi, həm də beynəlxalq əməkdaşlığı möhkəmləndirib.

Eyni zamanda, Azərbaycan beynəlxalq arenada qarşılıqlı maraqlara söykənən siyasət yürüdür. Bu siyasət həm Qərb, həm də Şərq dövlətləri ilə etibarlı tərəfdaşlıq münasibətlərinin inkişafına şərait yaradır. Ölkəmiz bir tərəfdən Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində mühüm əməkdaşlıq edir, digər tərəfdən isə İslam dünyası, Asiya ölkələri və postsovet məkanında sıx əlaqələrini qoruyur. Bu, Azərbaycanın “çoxşaxəli diplomatiya” modelini formalaşdıraraq onu beynəlxalq münasibətlər sistemində sabitlik və etibarlılıq simvoluna çevirib.

Avropa üçün yeni ticari arteriya...

Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər bölgənin geosiyasi düzənini dəyişdirərək yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda Azərbaycan Şərqlə Qərb arasında yeni kommunikasiya xətlərinin formalaşdırılmasına, beynəlxalq daşımaların təhlükəsiz və daha səmərəli şəkildə təşkilinə və bütövlükdə regional təhlükəsizlik arxitekturasının qurulmasına mühüm töhfə verən əsas dövlətə çevrildi.

Hazırkı beynəlxalq düzəndə nəqliyyat və kommunikasiya dəhlizlərinin təhlükəsizliyi dünya gücləri üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsləri və qətiyyəti ilə formalaşan yeni nəqliyyat xətləri - xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən tranzit imkanları - regionun geosiyasi dəyərini daha da artırır. Bu baxımdan Zəngəzur dəhlizi (TRİPP) də sıradan bir layihə deyil, bütöv Avrasiya məkanında iqtisadi inteqrasiyanı möhkəmləndirəcək, eyni zamanda siyasi münasibətlərin tənzimlənməsinə xidmət edəcək yeni bir arteriya kimi qəbul olunur. Azərbaycanın təşəbbüsü və qətiyyəti ilə gündəmə gətirilən bu dəhliz gələcəyin ən mühüm strateji layihələrindən biri kimi qəbul olunur. Bu dəhliz Avrasiyanın bütöv kommunikasiya xəritəsini dəyişdirəcək yeni bir ticari marşrut sayılır.

Zəngəzur dəhlizi (TRİPP) vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin daha sürətli və təhlükəsiz şəkildə çatdırılması mümkün olacaq. Bu, Avropa üçün yeni bir strateji ticarət seqmenti deməkdir. Xüsusilə enerji, kənd təsərrüfatı məhsulları və istehsal sənayesi mallarının daşınmasında bu dəhliz alternativ və daha əlverişli yol kimi qəbul olunacaq.

Dəhlizin geosiyasi əhəmiyyəti isə daha genişdir. Bu, Cənubi Qafqazda yaranan yeni reallıqların təzahürüdür. Azərbaycan qətiyyətli siyasəti ilə bölgədə kommunikasiya xəritəsini dəyişir və region dövlətlərini əməkdaşlığa sövq edir. Zəngəzur dəhlizi (TRİPP) həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik baxımından yeni bir mərhələ deməkdir.

Beləliklə, müharibədən sonra Cənubi Qafqazda yaranmış yeni düzən Azərbaycanın hərbi-siyasi gücünü təsdiqləməklə yanaşı, onun diplomatik çəkisini də artırdı. Bu gün regionda sülh və təhlükəsizlik məsələlərinin müzakirəsində Azərbaycanın mövqeyi əsas determinantdır. Azərbaycan diplomatiyası “sülh müqaviləsi - nəqliyyat dəhlizləri - iqtisadi inteqrasiya” üçlüyünü qarşılıqlı şəkildə tamamlayan konsept kimi irəli sürüb. Beləliklə, Azərbaycan bütövlükdə bölgənin, hətta Avropanın təhlükəsizliyi üçün yeni reallıqlar yaradır.

Bakı enerji təminatçısı rolunda...

Avropanın Azərbaycana xüsusi münasibətini və diqqətini formalaşdıran digər aparıcı amil Bakının kontingentin enerji təhlükəsizliyinə töhfəsidir. Bakı artıq uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tam şəkildə reallaşdırılması ilə Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji şaxələndirməsində alternativ mənbə kimi mühüm tərəfdaş oldu.

Avropa üçün enerji təhlükəsizliyi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Xüsusilə hazırki situasiyada, əsas qaz mənbələri ilə əlaqələrin zəifləməsi, hətta tam şəkildə sıradan çıxması fonunda enerji təchizatının şaxələndirilməsi Avropa dövlətlərinin strateji hədəflərindən biridir. Bu kontekstdə Azərbaycan öz etibarlılığı ilə fərqlənir. Bakı heç bir vaxt təchizatda problemlərə yol verməyib, müqavilə öhdəliklərinə sonadək sadiq qalıb. Bu isə Azərbaycanın “sözünə bütöv” dövlət imicini möhkəmləndirib.

Enerji diplomatiyası Azərbaycanın Avropa ilə münasibətlərinin yeni mərhələ yaradıb - Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr Avropa ilə Azərbaycanın əməkdaşlığının strateji sütunlarına çevrilib. Hazırda yaşıl enerji sahəsində də yeni əməkdaşlıq formatları gündəmdədir. Qarabağ və Şərqi Zəngəzurda qurulan günəş və külək elektrik stansiyaları, Xəzərin potensialından istifadə planları Avropanın enerji keçidinə dəstək vermək üçün yeni imkanlar açır.

Qlobal miqyasda söz sahibi...

Təbii ki, Azərbaycana yüksək münasibətin ən əhəmiyyətli səbəblərindən biri ölkəmizin liderinin qlobal nüfuzudur. Prezident İlham Əliyevin son illərdə beynəlxalq arenadakı fəaliyyəti Onun təkcə Azərbaycanı uğurla təmsil edən dövlət başçısı deyil, həm də qlobal miqyasda söz sahibinə çevrilmiş siyasi lider olduğunu göstərir. Xüsusilə Avropada göstərilən diqqət, yüksək səviyyəli qəbul və təşəbbüslərlə bağlı müraciətlərin qarşı tərəfdən gəlməsi bu nüfuzun aydın təzahürüdür. Avropada Azərbaycanın artan əhəmiyyəti, Bakı ilə əməkdaşlığın strateji xarakter alması məhz Prezident İlham Əliyevin şəxsi nüfuzu ilə sıx bağlıdır. Çünki Avropa liderləri üçün Azərbaycan lideri əməkdaşlığa sadiq, verdiyi sözü əməli ilə təsdiq edən və qlobal təhlükəsizlik gündəliyinə real töhfə verən liderdir. Bu xüsusiyyətlər Prezident Əliyevin danışıqlarda etibarlı tərəfdaş, dialoqlarda prinsipial, amma eyni zamanda konstruktiv siyasətçi kimi qəbul edilməsini təmin edib.

Kopenhagen səfərinin də mahiyyəti məhz buradadır: görüşlərin təşəbbüslərinin qarşı tərəfdən gəlməsi Avropada dövlət başçımıza göstərilən yüksək hörməti, diqqəti və marağı təsdiqləyir. Bu gün Avropada İlham Əliyevə olan maraq sadəcə enerji və ya nəqliyyat əməkdaşlığı ilə məhdudlaşmır - Onun regional sabitlik, sülh və təhlükəsizlik məsələlərində oynadığı rol Avropa siyasi dairələrinin diqqət mərkəzindədir. Avropa İttifaqı üçün Azərbaycan Prezidenti dialoq və sabitliyin təminatçısı, Cənubi Qafqazın inkişaf perspektivlərinin memarı kimi qiymətləndirilir.

Pərviz SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Oktyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri