Icma.az
close
up
RU
Azərbaycanın Bişkekdəki səfirliyində Heydər Əliyevin büstü açılıb

Azərbaycanın Bişkekdəki səfirliyində Heydər Əliyevin büstü açılıb

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünün açılışı olub. SİA xəbər verir ki, açılışda Qazaxıstanın səfiri Rapil Joşıbayev, Özbəkistanın səfiri Saidikram Niyazxocayev, Tacikistanın səfiri Alizoda Nazirmad, Belarusun səfiri Sergey Molunov, Qırğızıstan Xalqları Assambleyası Şurasının sədri Almambet Matubraimov, Qırğız Respublikası Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev, Heydər Əliyev adına Məktəbin direktoru Kanıkey Alımkulova iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Ulu Öndər Heydər Əliyevin xatirəsinin azərbaycanlıların qəlbində ildən-ilə daha da möhkəmləndiyini söyləyib.

"1990-cı illərdə və 2000-ci illərin əvvəllərində o, sabitliyə nail oldu. Bu sabitlik sayəsində biz iqtisadi cəhətdən inkişaf edə bildik, eyni zamanda, hərbi-siyasi potensialımızı gücləndirə bildik. Heç kim inanmayanda Heydər Əliyev inanırdı ki, biz işğal olunmuş əraziləri azad edəcəyik. O, bu inamı xalqımızın qəlbinə saldı. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin Qarabağı azad etmək vəsiyyətini yerinə yetirdi", - deyə səfir qeyd edib.

L.Qəndilovun sözlərinə görə, Qırğızıstanla Azərbaycan arasında energetika sahəsində konkret razılaşmalar var. "COP29 çərçivəsində Bakıda Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı mühüm sənədlər imzalanıb. Bildiyimə görə, indi Azərbaycandan Qırğızıstana neft tədarükü məsələsi həll olunur. Prezidentlərin göstərişi ilə iki ölkənin energetika nazirlərinin səfəri zamanı bu məsələ müzakirə olunub. Bu məsələnin həll edilməsi uğurla gedir", - deyə diplomat qeyd edib.

"Hərbi əməkdaşlıq çox yaxşı inkişaf edir. Bilirsiniz ki, bu il bizim müdafiə nazirimiz Bişkekdə, sizin müdafiə naziri isə Bakıda oldu. Bütün səviyyələrdə fəal siyasi dialoq gedir", - deyə o əlavə edib.

Digər mühüm məsələ iki ölkənin tranzit potensialından istifadə edilməsidir. "Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin başa çatması ilə bu potensial dəfələrlə artacaq", - deyə səfir bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri