Icma.az
close
up
RU
Azərbaycanın Bişkekdəki səfirliyində Heydər Əliyevin büstünün açılışı olub

Azərbaycanın Bişkekdəki səfirliyində Heydər Əliyevin büstünün açılışı olub

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünün açılışı olub.

Açılışda Qazaxıstanın səfiri Rapil Joşıbayev, Özbəkistanın səfiri Saidikram Niyazxocayev, Tacikistanın səfiri Alizoda Nazirmad, Belarusun səfiri Sergey Molunov, Qırğızıstan Xalqları Assambleyası Şurasının sədri Almambet Matubraimov, Qırğız Respublikası Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev, Heydər Əliyev adına Məktəbin direktoru Kanıkey Alımkulova iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Ulu Öndər Heydər Əliyevin xatirəsinin azərbaycanlıların qəlbində ildən-ilə daha da möhkəmləndiyini söyləyib.

“1990-cı illərdə və 2000-ci illərin əvvəllərində o, sabitliyə nail oldu. Bu sabitlik sayəsində biz iqtisadi cəhətdən inkişaf edə bildik, eyni zamanda, hərbi-siyasi potensialımızı gücləndirə bildik. Heç kim inanmayanda Heydər Əliyev inanırdı ki, biz işğal olunmuş əraziləri azad edəcəyik. O, bu inamı xalqımızın qəlbinə saldı. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin Qarabağı azad etmək vəsiyyətini yerinə yetirdi”, - deyə səfir qeyd edib.

L.Qəndilovun sözlərinə görə, Qırğızıstanla Azərbaycan arasında energetika sahəsində konkret razılaşmalar var. “COP29 çərçivəsində Bakıda Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı mühüm sənədlər imzalanıb. Bildiyimə görə, indi Azərbaycandan Qırğızıstana neft tədarükü məsələsi həll olunur. Prezidentlərin göstərişi ilə iki ölkənin energetika nazirlərinin səfəri zamanı bu məsələ müzakirə olunub. Bu məsələnin həll edilməsi uğurla gedir”, - deyə diplomat qeyd edib.

“Hərbi əməkdaşlıq çox yaxşı inkişaf edir. Bilirsiniz ki, bu il bizim müdafiə nazirimiz Bişkekdə, sizin müdafiə naziri isə Bakıda oldu. Bütün səviyyələrdə fəal siyasi dialoq gedir”, - deyə o əlavə edib.

Digər mühüm məsələ iki ölkənin tranzit potensialından istifadə edilməsidir. “Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin başa çatması ilə bu potensial dəfələrlə artacaq”, - deyə səfir bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri