Azərbaycanın BMT nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olsun TƏKLİF
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olması üçün təşəbbüslə çıxış edilməsi yaxşı olar. Azərbaycanın dünyanın yeni düzənində istər siyasi, istərsə də kommünikasiyaların mərkəzi nöqtəsi, enerji təminatçısı kimi rolları baxımından vacib ölkəyə çevrilməsi dünyanın bütün aparıcı dövlətləri tərəfindən də qəbul edilir, bəyənilir. Türkiyənin bu istiqamətində Azərbaycanı dəstəkləyəcəyi şübhəsizdir. Əslində, Türkiyə bu yerə layiqli namizəddir, amma Türkiyəyə qarşı olan ölkələr çoxdur və buna imkan verməzlər.
Azərbaycanın öz reallığını özü yaratmaqla bunu yaxın ətrafından tutmuş Yaxın Şərq, Ərəb yarmadası, Mərkəzi Asiya, Çin, Qərbi və Şərqi Avropaya qəbul etdirməsi, aparıcı dünya dövlətləri ilə bərabərhüquqlu siyasi fəaliyyəti göz önündədir. Hesab edirəm ki, Azərbaycanın artıq dünya siyasətinin aparıcı dövlətlərinin sırasına daxil olmasının vaxtı çatıb.
Bu, BMT-nin Təhlükəsizlik Şurası üçün də imic dəyişikliyi olar. TŞ-na yeni ən azı iki dövlətin daxil edilməsi qərarların alınmasında yeni dövr yarada bilər. Azərbaycana bu məsələdə dəstək olmaq üçün bir sıra dövlətlərlə iş aparılmalıdır.
Azər Qasımov
Bu mövzuda digər xəbərlər:BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb
08 Aprel 2025 08:53
BMT Təhlükəsizlik Şurasının iclası təxirə salındı
10 Sentyabr 2025 20:19
Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı
18 Noyabr 2025 04:18
İki Afrika ölkəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq
13 Dekabr 2024 11:55
Baxış sayı:46
Bu xəbər 18 Noyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















