Icma.az
close
up
RU
Azərbaycanın borclanma limiti nə qədər olacaq? PROQNOZ

Azərbaycanın borclanma limiti nə qədər olacaq? PROQNOZ

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

2027-ci il üzrə dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı 2.2 milyard manat məbləğində vəsait proqnozlaşdırılır.

"AzPolitika" xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Qeyd olunur həmin xərclərin 1 milyard 427.5 milyon manatını xarici dövlət borcu üzrə (1 milyard 63.5 milyon manatını əsas borc və 364 milyon manatını isə faiz borcu üzrə xərclər), 772.5 milyon manatını isə daxili dövlət borcu üzrə (137.2 milyon manatını əsas borc və 635.3 milyon manatını isə faiz borcu üzrə xərclər) xərclər təşkil edir. 2027-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri 2026-cı illə müqayisədə 257.6 milyon manat azdır.

Növbəti ilin dövlət büdcəsində xarici dövlət borcuna xidmət üçün 1 milyard 427.5 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 27.5 milyon manat və ya 2 faiz çoxdur.

Bir sıra iri maliyyə tutumlu layihələrin (su təchizatı, metro şəbəkəsinin genişləndirilməsi və digər sahələr) kredit vəsaitləri hesabına maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə kredit təşkilatları ilə danışıqların aparıldığını və növbəti il ərzində həmin layihələr üzrə kredit sazişlərinin imzalanaraq təsdiq edilməsinin gözlənildiyi nəzərə alınaraq Azərbaycan Respublikasının 2027-ci il üzrə xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 milyard manat, daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2.5 milyard manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 6 milyard manat məbləğində müəyyən ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri