Icma.az
close
up
RU
Azərbaycanın çay bazarında balans dəyişir: Xaricilər əkir, özləri də aparır

Azərbaycanın çay bazarında balans dəyişir: Xaricilər əkir, özləri də aparır

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 7 814 ton çay idxal edib. Bu həcmdə çayın dəyəri 47 milyon 587 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 528 ton (6,3 faiz) azdır, dəyər baxımından isə dörd milyon 614 min ABŞ dolları (10,7 faiz) çoxdur.

Bundan başqa, yeddi ay ərzində Azərbaycan üç milyon 905 min ABŞ dollar dəyərində 430 ton çay ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 31 ton (7,7 faiz), dəyər baxımından isə 317 min ABŞ dolları (8,8 faiz) çoxdur. Hesabat dövründə çay ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində 0,03 faiz paya malik olub.

Görəsən, çay idxalının azalması, ixracının artması nə ilə əlaqələndirilə bilər?

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, son dövrlərdə Azərbaycanın çay idxalının həcmi azalır, lakin dəyəri artır, ixrac isə həm həcm, həm də dəyər baxımından artım göstərir: "İdxalın azalması dünya bazarında qiymət dəyişiklikləri və daxili bazarda müəyyən qədər yerli istehsalın artması ilə əlaqəlidir. İstehlakçılar getdikcə daha çox keyfiyyətli çay markalarına üstünlük verirlər. İxracın artması isə yerli istehsalçıların məhsullarını yeni bazarlara çıxarmaq imkanları ilə bağlıdır. İdxalın həcminin azalması və ixracın bir qədər artması əsasən yerli istehsalın inkişafı, istehlak strukturunda dəyişikliklər və valyuta siyasəti ilə bağlı ola bilər. Azərbaycanda çay plantasiyalarının bərpasına yönəlmiş dövlət dəstəyi və regional layihələr idxaldan asılılığı müəyyən qədər azaldır. Digər tərəfdən, ixracın artması Lənkəran-Astara bölgəsində istehsal edilən çayın xarici bazarlarda tanınmağa başlaması ilə izah edilə bilər”.

N.Əzizlinin fikrincə, idxalın həcminin azalıb, amma dəyərinin artması o deməkdir ki, əvvəlki illə müqayisədə daha az həcmdə, lakin daha bahalı və keyfiyyətli çay idxal olunub. Yəni əsasən dünya bazarında çayın qiymətinin yüksəlməsi müşahidə edilir: "Əsasən daha keyfiyyətli və yüksək qiymətli çaylar idxal olunur. Bu, həm də dünya bazarında çayın qiymətinin artması ilə əlaqədar bir prosesdir. Hazırda Azərbaycana çay əsasən Şri-Lanka, Hindistan, Çin, Keniya və İrandan idxal olunur. Bu ölkələr dünya üzrə ən iri çay istehsalçılarıdır və bazarda sabit mövqelərə malikdirlər. Bu ölkələrin çayı dünya bazarında həm çeşid, həm də qiymət baxımından rəqabətqabiliyyətlidir”.

Ekspert düşünür ki, ixrac artımını istehsalın genişlənməsi ilə əlaqələndirmək ən doğru yanaşma ola bilər: "Lənkəran-Astara bölgəsində çay plantasiyalarının bərpası istiqamətində dövlət dəstəyi var. Bu, istehsal həcminin artmasına səbəb olub. Amma yenə də ixrac həcmi ümumi göstəricilərdə çox kiçikdir. Son illər çayçılıq təsərrüfatlarında məhsuldarlığın artırılması və yeni plantasiyaların salınması ixrac üçün əlavə imkanlar yaradıb. İxrac üçün əsas bazarlar Rusiya, Qazaxıstan və Gürcüstan kimi ölkələrdir. Coğrafi yaxınlıq, tarixi ticarət əlaqələri və Azərbaycan çayının həmin ölkələrdə müəyyən qədər tanınması bu bazarların seçilməsinə səbəb olur”.

N.Əzizlinin sözlərinə görə, yerli istehsalın idxalı əvəz etməsi tam şəkildə olmasa da, qismən mümkündür: "Müasir texnologiyaların tətbiqi, intensiv bağların salınması və emal müəssisələrinin gücləndirilməsi ilə idxalın müəyyən hissəsini yerli istehsal əvəz edə bilər. Yerli istehsal yaxın illərdə idxalı tam əvəz edə bilməsə də, onun həcmini əhəmiyyətli dərəcədə azalda bilər”.

Müsahibimiz qeyd etdi ki, hazırda çay plantasiyalarının vəziyyəti təəssüf ki, ideal deyil: "Sovet dövründə 13 min hektara yaxın çay plantasiyası mövcud idisə, bu gün onların çoxu sıradan çıxıb. Hazırda yeni plantasiyalar salınır, amma proses hələ başlanğıc mərhələsindədir. Hazırda Lənkəran-Astara bölgəsində çayçılıq ənənəsi bərpa olunur. Yeni çay sahələri salınır, dövlət dəstəyi artır, amma hələ də əvvəlki illərin məhsuldarlıq səviyyəsinə çatılmayıb. Çay istehsalını artırmaq üçün əsas maneə kimi köhnəlmiş plantasiyaları, suvarma problemlərini, müasir texnologiyaların çatışmazlığını, iqlim dəyişmələrini, gənclərin marağının zəif olmasını və emal müəssisələrinin tam gücü ilə işləməməsini qeyd etmək olar. Bundan başqa, dünya bazarında rəqabət gücünün artırılması üçün markalaşma və marketinq də vacibdir”.

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının direktoru Fərman Abdullayev isə dedi ki, idxalın azalmasında istehsalın rolu var. Yeni əkilən plantasiyalardan məhsullar götürürlər. Amma son illərdə yeni plantasiyalar əkilmir: "İxracın artmasında isə məsələ başqadır. Burada xarici şirkətlərə aid plantasiyalar mövcuddur. Hansı ki, onlar burada əkdikləri məhsulu öz ölkələrinə aparırlar. Azərbaycan çayı adı altında ixrac edilir, lakin daxili istehsalın hesabına deyil. Çünki daxildə heç ümumilikdə 1000 hektar çay plantasiyamız yoxdur. Yeni plantasiyalarla birgə 700-800 hektar ümumi ərazimiz ola bilər”.

F.Abdullayevin sözlərinə görə, istehsalın artırılması üçün subsidiyalar kifayət etmir: "Çay istehsalı ilə bağlı dövlət tərəfindən dəstək göstərilir. Hər bir hektar çay plantasiyasının əkininə 12 min manat subsidiya ayrılır. Amma sahibkarlar özü həvəsli deyil. Çünki bu sahə rentabelli deyil. Çay ciddi qulluq tələb edir. Fabriklər isə çayın kiloqramını maksimum 1 manat 50 qəpiyə götürür”. ("Kaspi" qəzeti)


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri