Icma.az
close
up
RU
Azərbaycanın Çinə yanaşması qarşılıqlı hörmətə əsaslanır

Azərbaycanın Çinə yanaşması qarşılıqlı hörmətə əsaslanır

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanın xarici siyasətində Çinlə münasibətlərin dərinləşdirilməsi xüsusi yer tutur. Bu siyasət Azərbaycanın həm regional, həm də qlobal səviyyədə artan rolunun təzahürü kimi qiymətləndirilməlidir."

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputat Azər Kərimli deyib.

Deputat bildirib ki, Azərbaycanın Çinə yanaşması, ilk növbədə, qarşılıqlı hörmətə, suverenlik və daxili işlərə qarışmama prinsiplərinə əsaslanır: 

"Bu, rəsmi Bakının bütövlükdə beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyə tam uyğundur. Azərbaycan Çinin ərazi bütövlüyünü və "Vahid Çin" prinsipini açıq şəkildə dəstəkləyir, eyni zamanda Pekinin də Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe sərgiləməsini yüksək qiymətləndirir.

Prezident İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibədə vurğulandığı kimi, Azərbaycan və Çin arasındakı münasibətlər təkcə siyasi və diplomatik səviyyədə deyil, həm də iqtisadi, logistika və nəqliyyat sahələrində strateji əməkdaşlığa söykənir. Azərbaycanın təşəbbüsü ilə reallaşan nəqliyyat layihələri — xüsusən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) — Çin üçün Avropaya alternativ və daha təhlükəsiz çıxış imkanları yaradır. Bu baxımdan, Azərbaycan Çinlə "Bir kəmər, bir yol" təşəbbüsünün kəsişdiyi mühüm strateji məkandır."

Azər Kərimli vurğulayıb ki, Azərbaycanın regional liderliyi Çinlə tərəfdaşlıq siyasətində də özünü göstərir:

"Bakı qlobal enerji, nəqliyyat və ticarət dəhlizlərinin əsas qovşağına çevrilməyi hədəfləyir və bu istiqamətdə Pekinlə əlaqələri daha da genişləndirməkdə qərarlıdır.

Nəticə olaraq, Azərbaycanın Çinlə münasibətləri təkcə ikitərəfli əlaqələr kontekstində deyil, həm də beynəlxalq sistemdə yeni güc balansının formalaşması fonunda strateji əhəmiyyət kəsb edir. Azərbaycan bu münasibətləri genişləndirərək öz müstəqil xarici siyasət kursunu gücləndirir və regionda dayanıqlı inkişafın əsas oyunçularından birinə çevrilir.

Hazırkı mərhələdə Azərbaycan beynəlxalq hüququn prinsiplərinə — xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanaraq, regionda uzunmüddətli sabitliyin bərqərar olunmasını qarşısına məqsəd qoymuşdur. Müsahibədə də qeyd edildiyi kimi, Azərbaycanın təkidi ilə regionda sərhədlərin dəqiqləşdirilməsi, kommunikasiyaların açılması və qarşılıqlı inamın qurulması istiqamətində ciddi addımlar atılır. Bu, Azərbaycanın regional inteqrasiya və əməkdaşlıq təşəbbüslərində prinsipial mövqeyini bir daha nümayiş etdirir.

Bununla yanaşı, Azərbaycan sülh prosesində birtərəfli kompromisə deyil, qarşılıqlı hüquq və öhdəliklər balansına əsaslanan yanaşmanı müdafiə edir. Rəsmi Bakının təkidlə irəli sürdüyü çağırışlar, bir tərəfdən, region ölkələrinin suveren hüquqlarının tanınmasına, digər tərəfdən isə davamlı və qarşılıqlı faydalı əməkdaşlıq modelinin qurulmasına yönəlmişdir."

Millət vəkilinin sözlərinə görə Azərbaycanın ortaya qoyduğu mövqe bir tərəfli diktəyə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli yanaşmaya əsaslanır:

"Bu siyasət, təkcə Azərbaycanın milli maraqlarına deyil, bütövlükdə regionun gələcək inkişaf perspektivlərinə də xidmət edir."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see293

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see270

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see221

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see211

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see208

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see185

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see179

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see168

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see152

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see145

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri