Icma.az
close
up
RU
Münasibətlərimiz qarşılıqlı etimada əsaslanır

Münasibətlərimiz qarşılıqlı etimada əsaslanır

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan-Pakistan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Bu əlaqələr təkcə dövlətlər yox, həm də xalqlar arasında möhkəmlənir. Dünya Azərbaycan-Pakistan qardaşlığını 44 günlük İkinci Qarabağ müharibəsində bir daha gördü. Sonadək Azərbaycanın yanında olan və hazırda postmünaqişə dövrünün reallıqlarının uğurlu icrasında dəstəyini davam etdirən Pakistan atdığı addımları ilə təsdiqləyir ki, münasibətlərimiz qarşılıqlı etimada, hörmətə və səmimiyyətə söykənir.

Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın görünür. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən əməkdaşlıq ölkələrimiz arasında əlaqələrin bütün sahələrini əhatə edir. “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlər və birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi ilə bağlı səsləndirilən çağırışlar, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Bu günlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ökəmizə rəsmi səfəri bütün bu məqamlara bir daha işıq saldı. İkitərəfli münasibətlərimizin inkişafında yeni səhifə kimi dəyərləndirilən bu səfər çərçivəsində Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşü keçirildi, mətbuata birgə bəyanatla çıxış etdilər, onların iştirakı ilə əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafına geniş imkanlar açacaq sənədlər imzalandı. “Əziz qardaşım, Azərbaycana bir daha xoş gəlmisiniz. Sizi görmək və söhbət etmək imkanı böyük şərəf və iftixar hissi oyadır. Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı” fikirləri ilə dost, qardaş Pakistana səmimi münasibətini ifadə edən dövlət başçısı İlham Əliyev əlaqələrimizin gələcək inkişafı üçün möhkəm təməlin mövcudluğunu bildirdi.
Azərbaycan və Pakistan bir-birinin haqq işini dəstəkləyən dost ölkələrdir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məsələyə diqqəti yönəldərək bildirdi ki, bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır. Qardaşımla birgə çox mühüm, eyni zamanda, çox realist hədəfləri müəyyən etdik: bir ay ərzində bütün müzakirələr yekunlaşsın və aprelin əvvəlində sənədlər imza üçün hazırlansın. Həmin layihələr həm infrastrukturun inkişaf sahələrini, həm energetika, mədən işi və ola bilsin, digər sahələri əhatə edir. Bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır. Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında biz ticari dövriyyəmizin artımını da görəcəyik.
Reallıq budur ki, Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Son zamanlar iki ölkə arasındakı hərbi-siyasi və iqtisadi əlaqələri intensivləşdirmək və mövcud potensialdan daha səmərəli istifadə etmək üçün səylər daha da artırılır. Azərbaycanın tarixi Zəfəri və regionda yaranan yeni reallıqlar, əməkdaşlıq imkanları ölkələrimiz arasında əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. “Bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. Prezident İlham Əliyevin bu fikirlərinin davamı olaraq Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki, Siz qardaşsınız, biz bir ailə kimiyik: “Mən apreldə təkcə Pakistan xalqının deyil, qardaş ölkə Azərbaycanın bütün guşələrində deyil, bütün dünyanın izləyəcəyi bu möhtəşəm tədbir və möhtəşəm imzalama mərasimi ilə bağlı Sizin Pakistana səfərinizi səbirsizliklə gözləyirəm. Bu, bizim nail olmalı və dərindən düşünməli olduğumuz məsələdir. Təkcə bu regionda deyil, bütün dünyada sülh, tərəqqi və çiçəklənmə olmalıdır. Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq”.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri