Icma.az
close
up
RU
İrəvan üç il sonra Moskva ilə bağlı qərarı dəyişdi Qriqoryan qayıdır

İrəvan üç il sonra Moskva ilə bağlı qərarı dəyişdi Qriqoryan qayıdır

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın MDB-yə üzv dövlətlərin təhlükəsizlik qurumlarının iclasında iştirak edəcəyi açıqlanıb. Maraqlıdır ki, Qriqoryan bu iclasa üç illik fasilədən sonra qatılacaq.

Daha əvvəl Ermənistanın Avropa İttifaqına (Aİ) yaxınlaşması və Rusiya ilə əlaqələrinin soyuması səbəbindən bu platformanın bir sıra toplantılarından imtina edilirdi. Analitiklərin fikrincə, İrəvanın Avropaya inteqrasiya yolu ilə irəlilədiyi açıqlamasına paralel olaraq MDB iclasında iştirakı bir sıra suallar doğurur.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Ermənistanın üç ildən sonra yenidən MDB Təhlükəsizlik Şurası katiblərinin iclasında iştirak etməsi, İrəvanın geosiyasi kursunda yeni bir manevrin başlandığını göstərir:

“Son illərdə Ermənistanın Rusiyadan uzaqlaşmaq, Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atmaq cəhdləri müşahidə olunurdu. Lakin indi, seçkilər ərəfəsində İrəvanın Moskva ilə təmasları bərpa etməsi, bu siyasətin sabit və ardıcıl olmadığını ortaya qoyur.


Züriyə Qarayeva 

Hazırkı gediş bir neçə məqsədə xidmət edə bilər.

Birincisi, baş nazir Nikol Paşinyan hökuməti həm Qərb, həm də Rusiya ilə balansı saxlamağa çalışır, çünki Ermənistanın təhlükəsizlik və enerji asılılığı hələ də Moskva ilə sıx bağlıdır.

İkincisi, bu addım daxili auditoriyaya yönəlib yəni seçkilər öncəsi “praqmatik siyasət” görüntüsü yaratmaq və ölkədəki narazılıqları yumşaltmaq cəhdi ola bilər.

Reallıqda isə Ermənistanın eyni anda həm Aİ-yə inteqrasiyanı, həm də MDB çərçivəsində fəallığı davam etdirməsi uzunmüddətli perspektivdə mümkün deyil. Bu, daha çox situativ, taktiki xarakter daşıyır. İrəvan hazırda sabit istiqamətlə deyil, “kim daha çox dəstək verərsə, ora yönəlmək” prinsipi ilə hərəkət edir. Bu isə onu nə Brüsselin, nə də Moskvanın tam etibar etdiyi tərəf halına gətirmir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri