Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Azərbaycanın COP29 baxışı: ölkələr arasında fikir ayrılıqlarını yumaq

Azərbaycanın COP29 baxışı: ölkələr arasında fikir ayrılıqlarını yumaq

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan COP29-da qarşısına yalnız bir məqsəd qoyub: ölkələr arasında mövcud olan fikir ayrılıqları “yuyulub təmizlənməlidir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”da dərc olunan məqaləsində qeyd edilir.

H.Hacıyev məqalədə Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə əlaqədar ortaya atılan “yaşıl yuyulma” ittihamlarına toxunur və bu ittihamları rədd edərək ölkəmizin neft və qaz istehsalçısı olaraq keçmişini gizlətmək əvəzinə, bunu açıq şəkildə göstərdiyini vurğulayır.

Məqalə müəllifi bildirir ki, Azərbaycanın neft və qazla əlaqəli keçmişi və bu sahədəki uğurları danılmazdır.

Yazıda XIX əsrdə Bakıda dünyada ilk kommersiya quyusunun qazılması, Azərbaycanın uzun müddət neft və qaz istehsalına əsaslanan bir iqtisadiyyata malik olduğu vurğulanır, bütün bunların ölkənin sənayeləşməsi və iqtisadi inkişafının təməlini qoyduğuna diqqət çəkilir.

Bu isə Azərbaycanın iqlim dəyişikliyi mövzusunda özünü müdafiə edərkən, enerji istehsalındakı rolu ilə bağlı heç bir kompleksi olmadığını nümayiş etdirir.

Bildirilir ki, bu, Azərbaycanın iqtisadi artımını və sosial inkişafını daha da gücləndirən mühüm bir amildir: “Qlobal tullantıların 0,01%-ni təşkil edən Azərbaycan sənayedəki rolundan çəkinmir. Neft və qaz gəlirləri səhiyyə, infrastruktur və təhsilə investisiyaları maliyyələşdirib və Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra adambaşına düşən ÜDM-in 10 dəfə artmasına səbəb olub”.

Məqalədə göstərilir ki, Azərbaycanın Avropaya enerji ixracı, xüsusən də qaz tədarükü Avropanın kömürə olan tələbatının artdığı bir dövrdə əhəmiyyətli bir rol oynayıb: “Azərbaycan təbii qaz təminatı ilə Avropanın daha çirklənmiş və ekoloji cəhətdən zərərli olan kömürə qayıtmasının qarşısını alıb. Bu isə Azərbaycanın enerji təminatı sahəsindəki mühüm rolunu və regional təhlükəsizliyə verdiyi töhfəni nümayiş etdirir”.

Qeyd olunur ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi fayda təmin etmək deyil, eyni zamanda qlobal enerji təhlükəsizliyini də dəstəkləmək məqsədini güdür.

Məqalədə bəzi tənqidçilərin Azərbaycanı və digər fosil yanacaq istehsalçılarını COP-u keçirməkdən məhrum etmə ideyasına qarşı irəli sürdüyü arqumentlərə qarşı çıxılır:

“Əgər istehsalçılar COP-u keçirməkdən məhrum edilməlidirlərsə, o zaman fosil yanacaqları idxal edən və yandıran istehlakçı ölkələr də bu məsuliyyətdən azad olmamalıdır. Lakin dünyada heç bir ölkə, nə istehsalçı, nə də istehlakçı olaraq bu kriteriyaya tam uyğun gəlmir. Azərbaycanın qazın qlobal tələbatı və onu ödəyən bazarlar üzərində çox az nəzarəti var. Lakin təklif edə biləcəyi alternativ var. Xəzər dənizindəki geniş külək enerjisi ehtiyatları daxili tələbatı çox üstələyir. Bu layihə, Azərbaycanın enerji təchizatını yalnız öz sərhədləri ilə məhdudlaşdırmamaqla yanaşı, eyni zamanda Avropanın enerji təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Bu cür genişmiqyaslı layihələr yalnız bir ölkənin iştirakını tələb etmir, həm istehsalçılar, həm də istehlakçılar arasında əməkdaşlıq və öhdəliyi ortaya qoyur”.

Məqalədə qeyd edilir ki, bəzi dairələr COP-u təşkil edən ölkələrə qarşı tənqidlər səsləndirməkdə daha rahatdırlar, amma bu yanaşma, heç bir real həll və ya konkret fəaliyyət təqdim etmir:

“Azərbaycan, bu sammitin ev sahibi olmasını əvvəlcədən gözləməsə də, tədbirin keçirilməsi ölkənin ekoloji məsuliyyətini ciddi şəkildə qəbul etməsi və gələcəyin fərqli bir enerji modelinə keçid istəyinin göstəricisidir”.

Yazıda Azərbaycanın geosiyasi səbəblərlə, uzun müddət COP-u keçirməkdən məhrum olduğu da bildirilir:

“Ermənistanın Azərbaycan ərazisinin təxminən beşdə birini işğal etməsi regionda ciddi gərginlik yaratmış və Azərbaycanın beynəlxalq səviyyədə bu cür mühüm tədbirə ev sahibliyi etməsinin qarşısını almışdı.

Azərbaycanın 2020-ci ildə Ermənistanın işğal etdiyi əraziləri geri alması təkcə hərbi deyil, həm də diplomatik baxımdan önəmli bir dönüş nöqtəsi oldu. Ərazi bütövlüyü bərpa edildikdən sonra beynəlxalq səviyyədə daha çox dəstək qazandıq və yeni diplomatik imkanlar yarandı.

Bununla yanaşı, tarixi sülh danışıqları çərçivəsində, Ermənistan Azərbaycanın COP-a ev sahibliyi təklifini, rəsmi Bakı isə öz növbəsində onun Şərqi Avropa Qrupunun COP Bürosuna üzv seçilməsini dəstəklədi.

Bu xüsusda bəzi tənqidçilərin Azərbaycanın ev sahibliyi etməsini “sülh yuyulması” (peace-washing) kimi qiymətləndirməsi ölkəmizin sülh sazişi istiqamətində irəliləyişlərinə mənfi yanaşmanın və şübhələrin olduğuna işarədir.

Azərbaycanın bu tədbiri keçirmək üçün seçilməsi, əslində, iki ölkə arasında gedən sülh danışıqlarının nəticəsidir. Bu, Azərbaycanın regional sülhə və beynəlxalq əməkdaşlığa verdiyi önəmi təsdiqləyir və bu cür tənqidlərin sadəcə simvolik olduğunu göstərir”.

“Azərbaycan inkişaf etmiş ölkələrə çağırış edərək, COP29-da qlobal emissiyaların azaldılması üzrə verdikləri vədləri həyata keçirmək üçün yeni bir iqlim fondu qurmağı təklif edir. Bununla yanaşı, iqlim dəyişikliyinin ön cəbhəsində duran inkişaf etməkdə olan ölkələri qorumağın vacibliyinə diqqət çəkir.

Azərbaycanın bu yanaşmaya verdiyi dəstək, həm ədalət, həm də dayanıqlı inkişaf prinsipinə sadiq qalma məqsədini güdür. Bu, “ümumi amma fərqli məsuliyyətlər” prinsipi ilə tam uyğundur, yəni bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizədə iştirak etməli, amma inkişaf səviyyələri nəzərə alınaraq fərqli öhdəliklər götürməlidirlər.

Bu, kompleks və çətin bir işdir. Bəziləri üçün isə sadə və ucuz tənqidlərə sığınmaq daha asandır”, – H.Hacıyev fikrini yekunlaşdırıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2024 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see342

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see331

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see318

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see315

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see303

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see295

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see275

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see275

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see270

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see268

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see267

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see263

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see261

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see257

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see254

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see235

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see222

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see217

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri