Icma.az
close
up
RU
Menu

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

Təmkin: “Bizə olan inamı doğrultduq”

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində iştirak edib

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

Bakıda McDonald s un yanında yanğın VİDEO

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

Onun gözü “Turan Tovuz”da Keçid alınacaqmı?

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

600 dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR SİYAHI

Azərbaycanın COPda yeganə məqsədi ölkələr arasındakı fikir ayrılıqlarını yox etməkdir

Azərbaycanın COPda yeganə məqsədi ölkələr arasındakı fikir ayrılıqlarını yox etməkdir

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Emissiyalar artdıqca, dəniz səviyyəsinin qalxdığı kimi, Azərbaycanın illik BMT iqlim sammitinə ev sahibliyi etməsi xəbəri də bəzi dairələrdən “yaşıl yuyulma” ittihamları ilə qarşılandı. COP29 yaxınlaşdıqca bu səslər daha da ucalır”.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Euronews”un Bakıda keçiriləcək COP29 iqlim sammiti barədə dərc etdiyi məqaləsində deyilir.

“Azərbaycanın COP-da yeganə məqsədi ölkələr arasındakı fikir ayrılıqlarını yox etməkdir”, – deyə “Euronews”da Hikmət Hacıyev qeyd edib.

H.Hacıyev məqalədə Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə əlaqədar ortaya atılan “yaşıl yuyulma” ittihamlarına toxunur və bu ittihamları rədd edərək, ölkəmizin neft və qaz istehsalçısı olaraq keçmişini gizlətmək əvəzinə, bunu açıq şəkildə göstərdiyini vurğulayır.

Məqalənin müəllifi bildirir ki, Azərbaycanın neft və qazla əlaqəli keçmişi və bu sahədəki uğurları danılmazdır.

Yazıda XIX əsrdə Bakıda dünyada ilk kommersiya quyusunun qazılması, Azərbaycanın uzun müddət neft və qaz istehsalına əsaslanan bir iqtisadiyyata malik olduğu vurğulanır, bütün bunların ölkənin sənayeləşməsi və iqtisadi inkişafının təməlini qoyduğuna diqqət çəkilir.

Bu isə Azərbaycanın iqlim dəyişikliyi mövzusunda özünü müdafiə edərkən, enerji istehsalındakı rolu ilə bağlı heç bir kompleksi olmadığını nümayiş etdirir.

Bildirilir ki, bu, Azərbaycanın iqtisadi artımını və sosial inkişafını daha da gücləndirən mühüm bir amildir.

“Qlobal tullantıların 0,01%-ni təşkil edən Azərbaycan sənayedəki rolundan çəkinmir. Neft və qaz gəlirləri səhiyyə, infrastruktur və təhsilə investisiyaları maliyyələşdirib və Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra adambaşına düşən ÜDM-in 10 dəfə artmasına səbəb olub”, – məqalədə qeyd olunub.

Bildirilir ki, Azərbaycanın Avropaya enerji ixracı, xüsusən də qaz tədarükü Avropanın kömürə olan tələbatının artdığı bir dövrdə əhəmiyyətli bir rol oynayıb.

“Azərbaycan təbii qaz təminatı ilə Avropanın daha çirklənmiş və ekoloji cəhətdən zərərli olan kömürə qayıtmasının qarşısını alıb. Bu isə Azərbaycanın enerji təminatı sahəsindəki mühüm rolunu və regional təhlükəsizliyə verdiyi töhfəni nümayiş etdirir”, – məqalədə vurğulanıb.

Qeyd olunur ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi fayda təmin etmək deyil, eyni zamanda, qlobal enerji təhlükəsizliyini də dəstəkləmək məqsədini güdür.

Məqalədə bəzi tənqidçilərin Azərbaycanı və digər fosil yanacaq istehsalçılarını COP-u keçirməkdən məhrum etmə ideyasına qarşı irəli sürdüyü arqumentlərə qarşı çıxılır:

“Əgər istehsalçılar COP-u keçirməkdən məhrum edilməlidirlərsə, o zaman fosil yanacaqları idxal edən və yandıran istehlakçı ölkələr də bu məsuliyyətdən azad olmamalıdır. Lakin dünyada heç bir ölkə, istər istehsalçı, istərsə də istehlakçı olaraq bu kriteriyaya tam uyğun gəlmir. Azərbaycanın qazın qlobal tələbatı və onu ödəyən bazarlar üzərində çox az nəzarəti var. Lakin təklif edə biləcəyi alternativ var. Xəzər dənizindəki geniş külək enerjisi ehtiyatları daxili tələbatı çox üstələyir. Bu layihə, Azərbaycanın enerji təchizatını yalnız öz sərhədləri ilə məhdudlaşdırmamaqla yanaşı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. Bu cür genişmiqyaslı layihələr yalnız bir ölkənin iştirakını tələb etmir, həm istehsalçılar, həm də istehlakçılar arasında əməkdaşlıq və öhdəliyi ortaya qoyur”.

Qeyd olunur ki, bəzi dairələr COP-u təşkil edən ölkələrə qarşı tənqidlər səsləndirməkdə daha rahatdırlar, amma bu yanaşma, heç bir real həll və ya konkret fəaliyyət təqdim etmir.

“Azərbaycan bu sammitin ev sahibi olmasını əvvəlcədən gözləməsə də, tədbirin keçirilməsi ölkənin ekoloji məsuliyyətini ciddi şəkildə qəbul etməsi və gələcəyin fərqli bir enerji modelinə keçid istəyinin göstəricisidir”, – materialda bildirlir.

Yazıda Azərbaycanın geosiyasi səbəblərlə, uzun müddət COP-u keçirməkdən məhrum olduğu da vurğulanır.

“Ermənistanın Azərbaycan ərazisinin təxminən beşdə birini işğal etməsi regionda ciddi gərginlik yaratmış və Azərbaycanın beynəlxalq səviyyədə bu cür mühüm tədbirə ev sahibliyi etməsinin qarşısını almışdı.

Azərbaycanın 2020-ci ildə Ermənistanın işğal etdiyi əraziləri geri alması təkcə hərbi deyil, həm də diplomatik baxımdan önəmli bir dönüş nöqtəsi oldu. Ərazi bütövlüyü bərpa edildikdən sonra beynəlxalq səviyyədə daha çox dəstək qazandıq və yeni diplomatik imkanlar yarandı.

Bununla yanaşı, tarixi sülh danışıqları çərçivəsində, Ermənistan Azərbaycanın COP-a ev sahibliyi təklifini, rəsmi Bakı isə öz növbəsində, onun Şərqi Avropa Qrupunun COP Bürosuna üzv seçilməsini dəstəklədi.

Bu xüsusda bəzi tənqidçilərin Azərbaycanın ev sahibliyi etməsini “sülh yuyulması” (peace-washing) kimi qiymətləndirməsi ölkəmizin sülh sazişi istiqamətində irəliləyişlərinə mənfi yanaşmanın və şübhələrin olduğuna işarədir.

Azərbaycanın bu tədbiri keçirmək üçün seçilməsi, əslində, iki ölkə arasında gedən sülh danışıqlarının nəticəsidir. Bu, Azərbaycanın regional sülhə və beynəlxalq əməkdaşlığa verdiyi önəmi təsdiqləyir və bu cür tənqidlərin sadəcə simvolik olduğunu göstərir”, – məqalədə qeyd olunub.

H.Haçıyev bildirib ki, Azərbaycan inkişaf etmiş ölkələrə çağırış edərək, COP29-da qlobal emissiyaların azaldılması üzrə verdikləri vədləri həyata keçirmək üçün yeni bir iqlim fondu qurmağı təklif edir, bununla yanaşı, iqlim dəyişikliyinin ön cəbhəsində duran inkişaf etməkdə olan ölkələri qorumağın vacibliyinə diqqət çəkir.

“Azərbaycanın bu yanaşmaya verdiyi dəstək, həm ədalət, həm də dayanıqlı inkişaf prinsipinə sadiq qalma məqsədini güdür. Bu, “ümumi amma fərqli məsuliyyətlər” prinsipi ilə tam uyğundur, yəni bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizədə iştirak etməli, amma inkişaf səviyyələri nəzərə alınaraq fərqli öhdəliklər götürməlidirlər.

Bu, kompleks və çətin bir işdir. Bəziləri üçün isə sadə və ucuz tənqidlərə sığınmaq daha asandır”, – H.Hacıyev fikrini yekunlaşdırıb.

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see136

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see118

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see117

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see116

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see116

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see116

YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində iştirak edib

03 İyun 2025 11:47see116

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see115

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see114

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see114

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see114

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see114

Onun gözü “Turan Tovuz”da Keçid alınacaqmı?

03 İyun 2025 12:06see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see111

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

03 İyun 2025 13:01see111

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

03 İyun 2025 13:22see111

600 dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR SİYAHI

03 İyun 2025 12:21see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri