Icma.az
close
up
RU
Azərbaycanın COP29a ev sahibliyi qlobal səviyyədə daha bir uğur ŞƏRH

Azərbaycanın COP29a ev sahibliyi qlobal səviyyədə daha bir uğur ŞƏRH

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edib. Ancaq bəzi dövlətlər və təşkilatlar tədbirin Bakıda keçirilməsinə xoşagəlməz yanaşma sərgiləməklə özlərinin humanitar məsələlərə mənfi münasibətlərini ifşa etdilər.

Fransa kimi özünü mədəni dünyanın təmsilçisi sayan bir dövlətin beynəlxalq tədbiri boykota çağırışı fiaskoya uğradı. Yaxud sülhdən, Azərbaycanla münasibətlərin normallaşmasından ancaq danışmağı bacaran Ermənistan hakimiyyətinin sessiyada iştirak etməməsi rəsmi İrəvanın ikiüzlülüyünü, etibarsızlığını təsdiqləyib. COP29-un Bakıda keçirilməsinə razılıq verdiyi halda, Yelisey sarayının siyasi ambisiyalarına uyaraq prezident Emmanuel Makrona təəssübkeşlik etməklə Ermənistan hakimiyyəti sülhə, normallaşmaya, ikitərəfli münasibətlərin qurulmasına hələ də hazır olmadığını nümayiş etdirib.

Qısa xatırlatma. 2023-cü il dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərində COP28-də COP29-un Şərqi Avropa Qrupunun üzvü olaraq Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib. Bu, Azərbaycan dövləti və Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun göstəricisi idi. Çünki ölkənin namizədliyi böyük səs çoxluğu ilə qəbul olunmuşdu.

Sessiyanın Bakıda keçirilməsi Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinə görə göstərilən etimad idi. Azərbaycan pandemiya dövründə etdiyi humanitar yardımlar və keçirdiyi videokonfransla da bunu isbatlamışdı.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Respublika 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaltmağı qarşısına məqsəd qoyub. 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılması da başlıca hədəflərdəndir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş Azərbaycan torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.

Bu, iqtisadiyyatı inkişaf etmiş ölkələrə də özünəməxsus ismarış sayıla bilər.

Azərbaycan tədbirə uğurla ev sahibliyi etməklə beynəlxalq ictimaiyyətin bir daha etimadını və etibarını qazanıb. COP29 dövlətin artan nüfuzuna daha bir çalar qatıb. Qonaqların qəbulu, onların yerləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi və başqa məsələlər uğurlu təşkilatçılığa örnək ola bilər.

Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bildirmişdi: “Bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.

COP29 bir daha sübut etdi ki, Azərbaycan dünyada böyük nüfuza malik, beynəlxalq ictimaiyyətin gözündə etibar, hörmət qazanmış dövlətdir. Rəsmi Bakı sessiyanı uğurlu təşkil etməklə ona etimad edənlərin də ümidlərini doğrultmuş oldu. Bu, çoxlu sayda dövlət və hökumət başçılarının, onminlərlə qonağın tədbirdə iştirakında və təşkilatçıya ünvanladıqları xoş sözlərdə də əksinin tapıb. Bununla da COP29 ən çox dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirlərdən biri olub. Sessiyanın sonrakı günlərində 76 min nəfərin qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord sayılır.

Beləliklə, Azərbaycan bu qlobal toplantını uğurla təşkil etməklə daha bir sınaqdan uğurla çıxıb.

Sədrəddin İsmayılov,

Report.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Noyabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri