Icma.az
close
up
RU
Azərbaycanın COP29a ev sahibliyi qlobal səviyyədə daha bir uğur ŞƏRH

Azərbaycanın COP29a ev sahibliyi qlobal səviyyədə daha bir uğur ŞƏRH

Icma.az bildirir, Report.az portalına istinadən.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edib. Ancaq bəzi dövlətlər və təşkilatlar tədbirin Bakıda keçirilməsinə xoşagəlməz yanaşma sərgiləməklə özlərinin humanitar məsələlərə mənfi münasibətlərini ifşa etdilər.

Fransa kimi özünü mədəni dünyanın təmsilçisi sayan bir dövlətin beynəlxalq tədbiri boykota çağırışı fiaskoya uğradı. Yaxud sülhdən, Azərbaycanla münasibətlərin normallaşmasından ancaq danışmağı bacaran Ermənistan hakimiyyətinin sessiyada iştirak etməməsi rəsmi İrəvanın ikiüzlülüyünü, etibarsızlığını təsdiqləyib. COP29-un Bakıda keçirilməsinə razılıq verdiyi halda, Yelisey sarayının siyasi ambisiyalarına uyaraq prezident Emmanuel Makrona təəssübkeşlik etməklə Ermənistan hakimiyyəti sülhə, normallaşmaya, ikitərəfli münasibətlərin qurulmasına hələ də hazır olmadığını nümayiş etidirb.

Qısa xatırlatma. 2023-cü il dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərində COP28-də COP29-un Şərqi Avropa Qrupunun üzvü olaraq Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib. Bu, Azərbaycan dövləti və Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun göstəricisi idi. Çünki ölkənin namizədliyi böyük səs çoxluğu ilə qəbul olunmuşdu.

Sessiyanın Bakıda keçirilməsi Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinə görə göstərilən etimad idi. Azərbaycan pandemiya dövründə etdiyi humanitar yardımlar və keçirdiyi videokonfransla da bunu isbatlamışdı.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Respublika 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaltmağı qarşısına məqsəd qoyub. 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılması da başlıca hədəflərdəndir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş Azərbaycan torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.

Bu, iqtisadiyyatı inkişaf etmiş ölkələrə də özünəməxsus ismarış sayıla bilər.

Azərbaycan tədbirə uğurla ev sahibliyi etməklə beynəlxalq ictimaiyyətin bir daha etimadını və etibarını qazanıb. COP29 dövlətin artan nüfuzuna daha bir çalar qatıb. Qonaqların qəbulu, onların yerləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi və başqa məsələlər uğurlu təşkilatçılığa örnək ola bilər.

Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bildirmişdi: “Bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.

COP29 bir daha sübut etdi ki, Azərbaycan dünyada böyük nüfuza malik, beynəlxalq ictimaiyyətin gözündə etibar, hörmət qazanmış dövlətdir. Rəsmi Bakı sessiyanı uğurlu təşkil etməklə ona etimad edənlərin də ümidlərini doğrultmuş oldu. Bu, çoxlu sayda dövlət və hökumət başçılarının, onminlərlə qonağın tədbirdə iştirakında və təşkilatçıya ünvanladıqları xoş sözlərdə də əksinin tapıb. Bununla da COP29 ən çox dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirlərdən biri olub. Sessiyanın sonrakı günlərində 76 min nəfərin qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord sayılır.

Beləliklə, Azərbaycan bu qlobal toplantını uğurla təşkil etməklə daha bir sınaqdan uğurla çıxıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri