Icma.az
close
up
RU
Azərbaycanın D 8 ə qoşulması qrup üzvləri arasında əməkdaşlıq imkanlarını genişləndirib

Azərbaycanın D 8 ə qoşulması qrup üzvləri arasında əməkdaşlıq imkanlarını genişləndirib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin, 20 noyabr, AZƏRTAC

Azərbaycanın D-8 təşkilatına qoşulması üzv ölkələr arasında iqtisadi fəaliyyətlərin şaxələndirilməsi və xalqların rifahının artırılması istiqamətində əməkdaşlıq imkanlarını genişləndirib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İndoneziyanın Vahid Təhsil Fondunun müşaviri Mohammad Amar Marufun “Antara” agentliyinin saytındakı “D-8 iqtisadi marşrutları birləşdirmək və inkişaf etdirmək üçün yeni bir körpü qurur” başlıqlı məqaləsində əks olunub.

Müəllif qeyd edir ki, 2024-cü ilin dekabrında D-8-in Qahirədə keçirilmiş zirvə toplantısında Azərbaycan təşkilata üzv qəbul edilib.

Məqalədə D-8 üzvlərinin öz aralarında və digər ölkələrlə daha faydalı iqtisadi, ticari əməkdaşlığının inkişafının onlar üçün faydalı olacağı vurğulanıb, üzvlərin ən yaxşı təcrübələrini, praktik və strateji texnologiyaları bölüşmələrinin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, əksəriyyəti coğrafi cəhətdən fərqli bölgələrdə yerləşən üzvlər arasında davamlı fəaliyyətin qurulması üçün bir-birini tamamlayan ehtiyaclar nəzərə alınaraq, iş prosesinin coğrafi sərhədləri aşaraq qitələr arasında əməkdaşlıq körpüsünə çevrildiyi görünür. 2023-cü ildə D-8 qrupuna üzv ölkələr arasında ticarət əməliyyatları təxminən 147 milyard ABŞ dolları təşkil edib. Bu, 1997-ci ildəki rəqəmdən təxminən 10 dəfə çoxdur. D-8 qrupu ölkələri arasında ticarətin artırılması üçün hədəf 2030-cu ilədək 500 milyard dollardır. Bu məqsədə çatmaq üçün qrup üzvləri sənaye, nəqliyyat və texnologiya kimi sektorlarda daha sıx əməkdaşlıq etməyə çalışır.

Müəllif yazır ki, ümumi əhalisi bir milyarddan, ÜDM-i 5 trilyon dollardan çox olan D-8 qrupu onsuz da əhəmiyyətli bir iqtisadi bloku təmsil edir. Azərbaycanın üzvlüyü Asiya, Yaxın Şərq və Avropanın nəqliyyat-logistika mərkəzlərini birləşdirən sənaye, texnologiya, enerji və təbii sərvətlər sektorlarına ticarət və investisiyalar da daxil olmaqla bazarın genişlənməsi kimi müəyyən üstünlüklər verəcək. Bu üstünlüklər D-8 qrupu daxilində əlaqə yaradacaq ki, bu da logistika xərclərini iqtisadi cəhətdən azaldacaq və qlobal ticarəti asanlaşdıracaq səmərəli nəqliyyat şəbəkəsi yaradacaq.

Müəllif təşkilatın gələcək fəaliyyəti, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaratdığı imkanlara da toxunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri