Azərbaycanın da ehtiyacı var, lakin Ermənistana verdi Bakıdan möhtəşəm addım
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq dekabrın 18-də Bakıdan Ermənistana neft məhsullarının ixracı başlayıb. Razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin Ermənistana yola salınıb.
Bu addım Azərbaycan və Ermənistana daha nələr qazandıracaq?
Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, bu, sadəcə neft məhsullarının ixracı deyil, burada siyasi və strateji məqamlar da var:
“Azərbaycanın həmin benzinə ehtiyacı var: Aİ-95 markalı benzini öz tələbatını ödəmək üçün idxal edir. Bu benzini Ermənistana satmaq isə iqtisadi məsələdən çox, siyasi mahiyyət daşıyır. Bu, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə uyğun münasibətlərin davam etməsini göstərir. Bu addımı düzgün hesab edirəm.
Maraqlı məqam odur ki, Gürcüstan dəmir yolu tranzitini pulsuz təmin edəcək, bu da logistik xərcləri minimuma endirəcək və son nəticədə Ermənistanda benzinin qiymətinin daha münasib olmasına imkan yaradacaq. Bu ixrac, sülh prosesinin artıq praktik iqtisadi addımlarla dəstəkləndiyini göstərir.
Bu həcm kiçik deyil və birbaşa Ermənistanın enerji təhlükəsizliyində rol oynayır. Azərbaycanın rolu burada çox önəmlidir və onu Ermənistanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirə bilər. Bu isə ermənilərin qarşıdakı dönəmdə revanşist düşüncələrdən yayınmağına xidmət edəcək. Benzinin ixracı Ermənistan əhalisinin Azərbaycanla sülh gündəliyinə uyğun psixoloji davranışını formalaşdırmağa zəmin yaradacaq”.
Eldəniz Əmirov əlavə edib ki, enerji sektoru kimi həssas sahədə qarşılıqlı etimadın formalaşması və Ermənistan əhalisinin Azərbaycanla münasibətlərə psixoloji hazır olması üçün mühit yaradır:
“22 vaqon Aİ-95 markalı benzin göndərilir. Bir vaqonun orta tutumu təxminən 60 tondur. 22 vaqon isə təxminən 1 320 ton edir. Ümumi həcm təxminən 1,5 milyon ton benzinin tranzit xərci olmadan ixrac edilməsi deməkdir”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 19 Dekabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















