Icma.az
close
up
RU
Bakıdan Ermənistana mesajlar VERİLDİ...

Bakıdan Ermənistana mesajlar VERİLDİ...

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 5-ci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçrilən parad bir sıra məqamlarla yadda qaldı.

Zəfər paradında Türkiyə və Pakistanın ən üst səviyyədə təmsil olunması, Birləşmiş Ərəb Əmirliklərindən yüksək rütbəli qonağın iştirakı göstərdi ki, Azərbaycanın yanında dayanmağa hazır olan güclü müttəfiqləri var.
Bu parad həm də Azərbaycanın Cənubi Qafqazda dominant ölkə statusunu faktiki olaraq təsdiqlədi. Türkiyə lideri Ərdoğanın isə Qarabağın azadlığını “bütün Türk dünyası üçün qürur mənbəyi” adlandırması, bu qələbənin hansı strateji və mənəvi əhəmiyyət daşıdığını bir da dünyaya və qonşu dövlətlərə göstərdi.
Şübhəsiz ki, Azadlıq meydanındakı Zəfər paradı İrəvanda da izlənildi. Yəqin ki, Ermənistan iqtidarı və müxalifəti paraddan verilən mesajlardan öz payını götürməmiş deyil

Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a açıqlamasında Zəfər paradının Ermənistana verdiyi mesajlardan danışıb.
Obildirib ki, Bakıdakı hərbi parad bir daha Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu nümayiş etdirib:

"Müharibənin başa çatmasına baxmayaraq, Azərbaycan daim təhlükəsizlik və müdafiə məsələlərini prioritet olaraq gündəmdə saxlayır. Ordumuzun ildən-ilə təminat və təchizatına yeni silah sistemləri daxil edilir. Məhz bu təminat və təchizat sayəsində indi Azərbaycan öz torpaqlarını istənilən təhdidlərdən ən yüksək səviyyədə qorumaq, düşməni isə zərərsizləşdirmək potensialına malikdir. Azərbaycan öz döyüş potensialını bütün dünyaya nümayiş etdirməklə müttəfiqləri ilə birlikdə dünyaya mesaj verdi ki, kimsə bizi təhdid etməyə, hərbi müdaxilə üsulundan istifadəyə cəhd göstərməsin!".

Ekspert vurğulayıb ki, Türkiyə kimi dünyanın ən güclü müdafiə potensialına malik ölkənin dövlətimizin mövqeyini dəstəkləməsi, qardaş ölkənin Prezidentinin rəsmi olaraq paradda bunu bəyan etməsi, Azərbaycana qarşı fəaliyyət göstərən ölkələrə kifayət qədər ciddi mesajlar verib:

"Yəni bu göstərdi ki, Azərbaycan güclü dövlətdir, onunla təhdid dilində danışmaq çox təhlükəlidir, eləcə də qələbəmizlə regionumuzda yeni konfiqurasiya yaratmışıq, eyni zamanda Ermənistanı da separatçı boyunduruqdan xilas etmişik. Parad bir daha Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbəni, onu əldə edən Silahlı Qüvvələrimizin torpaqlarımızın təhlükəsizliyi üçün istənilən təhdidə hazır olduğunu nümayiş etdirdi. Azərbaycanla dostluq etmək olar. Azərbaycanla təhdid dili ilə danışmaq olmaz. Bu, Ermənistan və orada mövcud olan revanşist qüvvələrə kifayət qədər aydın mesaj idi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri