Azərbaycanın daimi nümayəndəsi İƏT in Baş katibi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Şahin Abdullayev bu qurumun Baş katibi Hüseyn Brahim Taha ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
“ Taha bu gün, 27 yanvar 2025-ci il tarixində, Baş Katibliyin mənzil-qərargahındakı ofisində Azərbaycan Respublikasının İƏT-dəki daimi nümayəndəsi səfir Zati-aliləri Şahin Abdullayevi qəbul edib”, – mətbuat xidməti qeyd edib.
Bildirilib ki, tərəflər qurumla Bakı arasındakı “münasibətlərin səviyyəsini təqdir edib və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər”.
“Baş katib Azərbaycanın İƏT-in fəaliyyətinə və Birgə İslam Fəaliyyətinə verdiyi dəstəyi təqdir edib. Tərəflər həmçinin İƏT-in gündəliyindəki bir sıra məsələləri müzakirə ediblər”, – məlumatda diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 28 Yanvar 2025 05:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















