Icma.az
close
up
RU
Azərbaycanın daxili işlərinə müdaxilə… Blinkenə cavab

Azərbaycanın daxili işlərinə müdaxilə… Blinkenə cavab

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibi Entoni Blinkenin və digər ABŞ rəsmilərinin Azərbaycanın daxili işlərinə artıq tendensiya halını almış kobud müdaxilə cəhdlərini kəskin şəkildə pisləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.

Bəyanatda vurğulanıb ki, ABŞ rəsmiləri torpaqları işğal edilmiş Azərbaycanın, yüz minlərlə məcburi köçkünün, minlərlə itkin ailəsinin deyil, işğalçı Ermənistanın, Azərbaycan cəmiyyətində heç birnüfuzu olmayan, rüsvay olmuş bir qrup marginal elementin yanında yer alıb:

“Təəssüf ki, biz bu illərdə ABŞ-ın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, etnik təmizləmə siyasəti həyata keçirməsini, biz Qərbi azərbaycanlıları deportasiya etməsini pislədiyini görmədik. ABŞ rəsmiləri torpaqları işğal edilmiş Azərbaycanın, yüz minlərlə məcburi köçkünün, minlərlə itkin ailəsinin deyil, işğalçı Ermənistanın, Azərbaycan cəmiyyətində heç birnüfuzu olmayan, rüsvay olmuş bir qrup marginal elementin yanında yer aldı. Vətən müharibəsindən sonra bütün bunların, xüsusilə ölkələrin ərazi bütövlüyü və suverenliyinə münasibətdə ABŞ-ın fərqli yanaşmasının bir daha şahidi olduq. ABŞ-ın dinc yolla öz dədə-baba yurdlarına qayıdış xəttini seçən Qərbi Azərbaycan İcmasının elə həmin Entoni Blinkenə ünvanladığı məktuba heç bir reaksiya vermədiyini, lakin Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində iştirak edən və bu günün özündə də Ermənistanda Azərbaycanın suverenliyini təhdid edən separatçılara qucaq açdığını, viza verdiyini, ABŞ-ın müxtəlif təsisatlarında çıxış etmək imkanı yaratdığını gördük”.

Qeyd edilib ki, ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirib:

“Özünü dini azadlıqlara hörmət edən ölkə kimi qələmə verən, “mötəbər” hesabatlar hazırlayaraq ölkələri müxtəlif uydurma siyahılara daxil edən, Qarabağda “erməni irsi”nin vəziyyəti ilə bağlı narahatçılığını ifadə edən ABŞ-nin Azərbaycan xalqının Ermənistan ərazisində zəngin mədəni irsinin dağıdılmasını, təhrif edilməsini pislədiyini eşitmədik. Bütün bunlara görə də, ABŞ Azərbaycan cəmiyyətində olan-qalan nüfuzunu da itirdi. ABŞ “insan hüquqları” mövzusunu, yalan xəbər mediasını, “müstəqil” QHT-ləri Azərbaycana qarşı silah kimi istifadə etməkdənsə, qoy özü ən əsas beynəlxlaq insan hüquqları konvensiyalarına qoşulsun”.

Bundan başqa, İcma ABŞ-ı müxtəlif beynəlxalq təşkilatların çoxsaylı hesabatlarında yer almış polis tərəfindən həddindən artıq gücün tətbiq edilməsinə, hüquq-mühafizə orqanlarının irqi əsasda məlumatlar toplaması (racial profiling), strukturlaşdırılmış irqçilik kimi praktikalara son qoymağa çağırıb, silah zorakılığı problemini həll etməyi, məhbuslara verilən işgəncə hallarını və digər qanunsuz əməlləri araşdırmağa çağırıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Dekabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see325

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see255

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see247

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see244

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see240

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see224

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see220

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see207

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see206

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see205

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see204

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see200

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see190

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see170

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see169

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see168

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see163

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see162

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see162

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri