Icma.az
close
up
RU
Azərbaycanın DÇ 2025 ə namizədliyini verdiyini biləndə, hörmət əlaməti olaraq, bundan vaz keçdik

Azərbaycanın DÇ 2025 ə namizədliyini verdiyini biləndə, hörmət əlaməti olaraq, bundan vaz keçdik

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstan Minifutbol Federasiyasının prezidenti Yerlan Kasımov Sportal.az saytına açıqlama verib. 

O, Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini bildirib. Kasımov Qazaxıstanın yer aldığı qrupdakı şanslarını da dəyərləndirib:

"Düzünü deyim, biz "ölüm qrupu"na düşmüşük. ABŞ çox güclü komandadır. Bosniya və Herseqovina da yaxşı komandadır. Onları yaxşı tanıyıram. Əsl döyüşçüdürlər. Polşa millisi də, həmçinin. Mübarizə aparacağıq. İndi ilk hədəf qrupdan çıxmaq olacaq. Sonra isə görəcəyik. Mundialın favoriti haqda nəsə demək çətindir. Amma təbii ki, Qazaxıstan da minifutbolda ən güclü komandalardan biridir. Daim finallarda oynayırıq. Amma Meksika, Çexiya, Rumıniya, Azərbaycan yığmaları da güclüdür. Ən yaxşısı Azərbaycanla finalda qarşılaşmaqdır".

Qazaxıstan Minifutbol Federasiyasının rəsmisinin dediyinə görə, dünya çempionatına ev sahibliyi etmək istəyiblər. Lakin sonradan bu fikirdən daşınıblar: "Bakıdakı püşkatma mərasimi də əla keçirildi. Belə olacağını gözləyirdim. Dünya çempionatının da yüksək səviyyədə olacağını düşünürəm. Püşkatmada da atmosfer əla idi. Azərbaycan minifutbol çempionatının final görüşünə də baxmışdım. Əla oyun alınmışdı. Azərbaycan Miniftubol Federasiyası ilə əla münasibətimiz var. Qardaşlarımıza böyük hörmətim var. Onlarla heç vaxt anlaşılmazlığımız belə, olmayıb. Hər zaman münasibətimiz yüksək səviyyədə olub. Gələcəkdə biz də dünya çempionatı keçirmək istəyirik. 2023-cü ildə dünya çempionatını keçirmək üçün namizədliyimizi irəli sürmüşdük. Amma BƏƏ qalib gəldi. Azərbaycanın DÇ-2025 üçün namizədliyini verdiyini biləndə, hörmət əlaməti olaraq, biz bundan vaz keçdik.

Azərbaycan 2025-ci ildə dünya çempionatı üçün namizədliyini verəndə, biz bundan vaz keçdik. Çünki Azərbaycana böyük hörmətimiz var. Əminəm ki, onlar bu çempionatı yüksək səviyyədə keçirəcək. Növbəti mundial 2027-ci il Qətərdə olacaq. 2029-cu ildəki turnir üçün isə namizədliyimizi irəli sürəcəyik".

Qeyd edək ki, mayın 21-dən iyunun 1-nə kimi Bakıda dünya çempionatı keçiriləcək. Qazaxıstan millisi ABŞ, Bosniya və Herseqovina və Polşa ilə F qrupunda yer alıb.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Aprel 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri