Icma.az
close
up
RU
Azərbaycanın dəmiryollarının tarixi: Zəngəzurdan qatar gedir... (Tarixi araşdırma)

Azərbaycanın dəmiryollarının tarixi: Zəngəzurdan qatar gedir... (Tarixi araşdırma)

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 1995-ci il tarixli 171 saylı əmri ilə Azərbaycan Dəmir Yoluna Azərbaycan Dövlət Dəmir Yolu adı verildi. Hazırda Azərbaycan Dəmir Yolundakı 176 stansiyadan ikisi - Biləcəri və Şirvan avtomatlaşdırılmış təpəli iri çeşidləmə stansiyalarıdır. 12 stansiya hər cür lazımi maşın və mexanizmlərlə təchiz edilmiş konteyner meydançalarına malikdir. 3 stansiyada (Keşlə, Gəncə və Xırdalan) iri həcmli çoxtonnajlı konteynerlərlə əməliyyatlar icra edilir.
Əgər yarandığı ilk on ildə dəmir yolunun inkişafı neftçıxarmanın və neftayırmayın inkişafı ilə sıx bağlı idisə, XX əsrin ikinci yarısından etibarən dəmir yolu nəinki dinamik inkişaf edən çoxsahəli respublika iqtisadiyyatına uğurla xidmət edir, həm də qonşu ölkələrə böyük həcmli tranzit daşınmaları da yerinə yetirir.
XX əsrin 90-cı illərinin əvvələrində ermənilərin Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycan Dövlət Dəmir Yoluna da ciddi ziyan dəydi. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehri rayonu ərazisinindən keçən 46 kilometrlik ərazi Ermənistan tərəfindən blokadaya alındı. 1993-cü ilin oktyabrın sonunda Zəngilan rayonu ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdıldı. Ümumilikdə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240,4 km. sahəsi işğal altına düşdü və Azərbaycan dəmiryoluna 45 mln. 60.000 ABŞ dolları məbləğində ziyan vuruldu.
1993-cü ilin ikinc yarısında Azərbaycan Respublikası həyatının bütün sahələrində olduğu kimi, respublika Dəmir Yolu sahəsində dönüş nöqtəsinin əsası qoyuldu və ölkənin polad magistralı sistemində dirçəliş dövrü başlandı. Azərbaycan dəmir yolunun tarixində ilk dəfə olaraq “Ekspress” tipli yumşaq oturacaqlı sərnişin vaqonları hazırlandı və əhalinin xidmətinə verildi. Qonşu ölkələrin dəmir yolları ilə iqtisadi əlaqələr bərpa edildi. Rusiya Federasiyasınin Moskva, Sankt-Peterburq, Rostov, Mahaçqala, Ukraynanın Kiyev, Xarkov, qonşu Gürcüstan Respublikasının Tbilisi şəhərlərinə, İran İslam Respublikasnının Təbriz şəhərinə sərnişin qatarları və eləcə də yük və baqaj daşımaları qaydaya salındı.
Hazırda dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi prosesi intensiv şəkildə aparılır. Prezident İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Proqramda Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb: Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və s.
Beynəlxalq maliyyə qurumları ilə son vaxtlar intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət təsirini göstərəcək.
20 iyul 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. 2017-ci il oktyabrın 30-da təkcə üç ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oldu. Asiyanı Avropa ilə birləşdirən ən qısa yol olan BTQ Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində (TRACECA) yerləşir.
2018-ci ildə isə Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirildi və Komissiyaya sədrlik Azərbaycan Respublikasına verildi. BTQ layihəsinin icrası ilə TRACECA-nın Azərbaycan hissəsindən daşınan yüklərin həcmində də artım müşahidə olundu və bu rəqəm 52,8 mln. tona çatdı.
Azərbaycan dövlətinin əhəmiyyət verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” Nəqliyyat Dəhlizidir. Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən dəhlizlə bağlı artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Son illlər ərzində Azərbaycan Respublikasının tranzit potensialının artırılması istiqamətində olduqca uğurlu addımlar atılıb.
2015-ci il avqustun 3-dən etibarən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyəti canlandırılıb. Bundan əlavə, Cənub-Qərb Nəqliyyat Dəhlizi İran İR-sı, Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır.
Eləcə də, ADY Şimaldan Cənuba, eləcə də əks istiqamətdə yüklərin daşınmasını asanlaşdıran Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması işlərini aparır. Bu yol yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaətə, ən əsası Şimal və Cənubdan gələn yüklərin Abşeron yarımadasına daxil olmadan nəql edilməsinə şərait yaradaraq Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə böyük töhfə verəcək. Bu da, öz növbəsində, Azərbaycan Respublikasının tranzit ölkə qismində mövqeyini daha da gücləndirəcək.
2019-cu ildə Azərbaycan Respublikasında dəmir yolları ilə daşınan yüklərin həcmi 15,2 mln. tona, sərnişinlərin sayı isə 3,8 mln. nəfərə çatıb.
ADY elektrikli sərnişin qatarlarının hərəkətinə də xüsusi diqqət ayırıb. İsveçrənin “Stadler Rail Group” şirkətinin ikimərtəbəli elektrik qatarları 2015-ci il sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə hərəkətə buraxılıb. Bakı-Biləcəri-Sumqayıt xəttində elektrik qatarları əvvəllər mənzil başına 1 saat 22 dəqiqəyə çatırdısa, 2015-ci ildəki yenidənqurma işlərindən sonra bu vaxt 40 dəqiqə olub. Bakı-Pirşağı-Sumqayıt elektrikli sərnişin qatarı fəaliyyətini davam etdirir. 2018-ci il dekabrın 29-da isə Bakıdan Gəncəyə ilk sürət qatarı 4 saata yaxın müddətə çatıb.
Son vaxtlar ADY tərəfindən lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Qazaxstandan və Fransanın “Alstom Transportation S.A.” şirkətindən lokomotivlər alınır. Rusiyadan isə 3100 müxtəlif təmayüllü yük vaqonu alınıb. Hazırda ADY-nin lokomotivlərinin 90 faizi elektrik dartısı ilə hərəkət edir və bu səbəbdən ADY dəyişən cərəyan istifadəsini genişləndirməyi hədəfləyir. Bunun üçün 12 dartı yarımstansiyası tikilib və 768 km kontakt şəbəkəsi yenidən qurulub. Cari ilin iyun ayında isə dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub.
Ölkə üzrə baş yolların açılmış uzunluğu 2954,74 km, istismar uzunluğu 2133,07 km-dir ki, onlardan da 803,3 km-i ikiyollu, 1329,72 km-i isə bir yolludur. Azərbaycan Respublikası dəmir yol şəbəkəsinin uzunluğuna görə, Cənubi Qafqaz regionunda birincidir.
Azərbaycan Dəmir Yolları QSC-nin mühüm hissəsini onun Naxçıvan MR-sı ərazisində istismar edilən dəmir yolu nəqliyyat sistemidir. Naxçıvan MR-sı Ali Məclisi sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı”na uyğun olaraq Naxçıvan dəmir yolunun digər stansiyaları ilə yanaşı, Culfa dəmiryol stansiyasının vağzal binası da əsaslı şəkildə yenidən qurulub, bir əsrdən artıq yaşı olan bina ilkin görünüşü saxlanılmaqla, milli memarlıq nümunələri ilə zənginləşdirilib.
Yaxın gələcəkdə Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi Culfa dəmiryol stansiyasının, ümumilikdə isə Naxçıvanın strateji əhəmiyyətini daha da artıracaq. Ötən əsrin əvvəllərində olduğu kimi, Culfa dəmiryol stansiyasının beynəlxalq yük və sərnişin daşımalarında yenidən tranzit qovşağa çevriləcəyi gün uzaqda deyil.
Zəngəzur dəhlizinin tarixi
Naxçıvanda dəmir yolu hələ XX əsrin əvvəlindən mövcud olub. 1 908-ci ildə Uluxanlı–Şərur–Culfa xətti inşa olundu, sonra isə bu xətt Tiflis–Aleksandropol–İrəvan xətti ilə birləşdirildi. I Dünya müharibəsində Qafqaz cəbhəsində rus ordusunun hərbi əməliyyatlarını yüngülləşdirmək məqsədilə 1916-cı ildə Ələt–Culfa dəmir yolunun inşasına başlanıldı. Yolun çəkilişində 50 minə qədər insan çalışırdı. Bu da tikinti işlərini yüksək sürətlə aparmağa imkan verirdi. Lakin müharibə şəraitində maliyyə vəsaiti, texnika və mütəxəssislərin çatışmazlığı ucbatından tikinti yarımçıq qalmışdı.
1918-ci il mayın sonunda Osmanlı qoşununun Culfa−Bakı istiqamətində irəliləməsinin qarşısını almaq üçün Bakı Xalq Komissarları Sovetinin daşnak-bolşevik rəhbərliyinin göstərişi ilə Ələt–Culfa dəmir yolu xətti çəkilmiş sahələrdə relslər söküldü, digər dəmir yolu əmlakı ilə birlikdə talandı. 1919-cu ilin mayında AXC parlamenti Ələt–Culfa dəmir yolunun tikintisi üçün 100 milyon manat ayrılması barədə qərar qəbul etdi. Lakin aprel işgalı (1920) bu planları yarımçıq qoydu.
1936-cı ildə Ələt–Mincivan–Qafan xəttinin (uzunluğu 329 km) təntənəli açılışı oldu. Yolun inşasında əsas məqsəd Qafan mis filizlərinin tez və ucuz şəkildə Rusiya zavodlarına daşınması idi. 1941-ci ildə Mincivan–Culfa xətti istifadəyə verildi. Azərbaycan üçün yolun müsbət tərəfi ondan ibarət idi ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın paytaxtı ilə dəmir yolu vasitəsilə bağlandı. Mincivan–Culfa xətti istifadəyə veriləndən sonra Naxçıvan Muxtar Respublikasından Azərbaycanın paytaxtına dəmir yolu ilə səyahət etmək mümkün oldu. Yolun bir hissəsi Ermənistan ərazisindən keçsə də, yol bütünlüklə Azərbaycan dəmir yollarına məxsus idi.
Erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qaldı. O cümlədən, Füzulinin Horadiz stansiyasından Zəngilanın Ağbənd stansiyasına qədər olan 102 km-lik xətt və buradan Ermənistanla sərhədə qədər olan 5 km-lik yol düşmənin nəzarətinə keçmişdi. Bundan başqa, Ermənistan ərazisindən keçən (Zəngəzur dəhlizi) və ümumi uzunluğu 44 km olan dəmir yolu xəttinin fəaliyyəti də dayandırılmışdı.
İşğaldan sonra Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası blokadaya düşmüşdü. Mincivan stansiyası 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra fəaliyyəti dayandırılmışdır.
Cəbi Bəhramov
Tarix üzrə fəlsəfə doktoru, dosent
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 May 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see270

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see203

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see177

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see159

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see157

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see144

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see143

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see140

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see136

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see136

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see135

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see133

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see132

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see132

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see130

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see128

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see125

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see124

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see124

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri