Icma.az
close
up
RU
“Azərbaycanın parlamentarizm tarixi”

“Azərbaycanın parlamentarizm tarixi”

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan xalqı zəngin dövlətçilik ənənələrinə sahibdir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması isə tariximizin ən mühüm - şanlı və qürurlu səhifələrindən birini təşkil edir. Olduqca mürəkkəb tarixi dönəmdə və şəraitdə yaranan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi. Hər şeydən əvvəl, Xalq Cümhuriyyəti mütərəqqi dövlətçilik ənənələri formalaşdırdı. Bu dövrdə müxtəlif sahələri əhatə edən və strateji əhəmiyyətə malik olan çox mühüm addımlar atıldı və tarixi qərarlar qəbul olundu.

1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin yaradılması bu baxımdan tarixi əhəmiyyətə malikdir. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda ardıcıl və məqsədyönlü addımların atılması təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatı üçün əlamətdar oldu. Bu dövrdə parlament qəbul etdiyi qanun və qərarlarla milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə tarixi töhfələr vermişdir.

Bu parlament, müxtəlif millətlərdən və siyasi qruplardan olan nümayəndələrin iştirak etdiyi, demokratik prinsiplərə əsaslanan bir orqan idi. Xalq Cümhuriyyətinin parlamenti, dövrün ən demokratik qanunverici orqanlarından biri kimi qəbul edilirdi. Parlamentin fəaliyyətində müxtəlif millətlərin və siyasi qrupların iştirakı, milli birliyin və həmrəyliyin möhkəmlənməsinə kömək etmişdi. Bu, Azərbaycanın çoxmillətli və müxtəlifliklərə açıq bir cəmiyyət kimi formalaşmasına töhfə vermişdi.

Həmin dövrdə Azərbaycan parlamenti dünyada parlamentarizm ənənələrinin zənginləşməsinə çox mühüm rol oynamışdır. Bu, Azərbaycan xalqı üçün olduqca şərəfli və qürurverici tarixdir.

Bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlər qazanır və yeni zirvələr fəth edir. Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət kimi qəbul olunur. Azərbaycan parlamenti də milli maraqlara və ölkənin inkişafına xidmət edən səmərəli fəaliyyətini uğurla davam etdirir. Respublika parlamenti ötən müddət ərzində çox mühüm qanunlar qəbul edib və ölkəmizdə zəngin qanunvericilik bazasının formalaşmasına öz dəyərli, layiqli töhfələrini verib.

Ümumiyyətlə, Azərbaycanın parlamentarizm ənənələri və təcrübəsi ictimai-siyasi fikir tariximizə əhəmiyyətli töhfədir. Xüsusi məqam ondan ibarətdir ki, Azərbaycan parlamenti mövcud hədəflər və çağırışlara müvafiq olaraq milli maraqlara xidmət edən vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Xüsusilə, Milli Məclis Azərbaycanın milli maraqlarını beynəlxalq miqyasda qətiyyətlə qorunması istiqamətində uğurla fəaliyyət göstərir. Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır.

Biz çox qürurluyuq ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın millət vəkilləriyik. Məhz bu ilin sentyabr ayında Milli Məclisə keçirilən seçkilər ölkəmizin bütün ərazisini əhatə etməklə milli dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. VII çağırış Milli Məclisn ilk iclasında çıxış edən möhtərəm Prezidentimiz bizlərə dəyərli tövsiyələr verdi. Bu tövsiyələr fəaliyyətimizin ana xəttini təşkil edir. Şübhəsiz ki, Milli Məclis bundan sonra da vacib qanun və qərarlar qəbul edərək Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinə öz töhfəsini verəcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://publika.az
archiveBu xəbər 07 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri