Icma.az
close
up
RU
Ermənistanda hərbi xidmət müddəti uzadıla bilər

Ermənistanda hərbi xidmət müddəti uzadıla bilər

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ermənistan hökuməti məcburi hərbi xidmətin müddətini 2 ildən 1,5 ilə endirməyi nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarıb.

Modern.az xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, dəyişiklik 2026-cı ilin yay çağırışından etibarən qüvvəyə minəcək.

Layihədə bildirilir ki, son illərdə müqaviləli xidmətin genişləndirilməsi üçün bir sıra addımlar atılıb, “Vətəni Qoruyaq” proqramı, peşəkar çavuş korpusu, hərbçilərin attestasiya sistemi və sərhəd hissələrində uzunmüddətli xidmətə görə pensiya təminatının saxlanılması kimi təşəbbüslər həyata keçirilib.

Məlumata görə, layihə hazırlanmazdan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında təcrübəli hərbçilər Müdafiə Nazirliyinə xəbərdarlıq ediblər ki, belə bir dəyişiklik ciddi risklər yarada bilər. Onların hesablamalarına görə, xidmət müddətinin azaldılması nəticəsində iki il ərzində ordu sıralarındakı hərbçilərin sayı 4-5 min nəfər azalacaq ki, bu da döyüş növbətçiliyi və postların qorunması baxımından təhlükə yarada bilər.

Qəzet yazır ki, rəsmi qurumların cavabı təxminən belə olub: “Kim işləmək istəmir, ərizə yazıb getsin. Sülh sazişi imzalanır, yeni dövrdə bu hesablama tam əsaslı olacaq”.

Məlumata görə, müxalifət də bu məsələni açıq şəkildə tənqid etməkdə tərəddüd edir. Analitiklər hesab edir ki, hakimiyyət bu populyar layihəni seçkilər ərəfəsində müzakirəyə çıxarmaqla cəmiyyətin bir hissəsinin rəğbətini qazanmağa çalışır.

“Hraparak” yazır ki, bu dəyişiklik yalnız populist xarakter daşımır, həm də ordunun tədricən “hərbsizləşdirilməsi” prosesinə xidmət edir və uzunmüddətli perspektivdə Ermənistan ordusunun mövcudluğunu sual altına qoya bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Sentyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri