Icma.az
close
up
RU
Azərbaycanın dövlət borcu perspektivdə... RƏSMİ

Azərbaycanın dövlət borcu perspektivdə... RƏSMİ

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın dövlət borcu ortamüddətli dövrdə ÜDM-in 30 %-dən xeyli aşağı olacaq

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Moody"s" beynəlxalq reytinq agentliyinin hesabatında dryilir.

Agentliyin qiymətləndirməsinə görə, hökumətin borcu ortamüddətli fiskal çərçivədə nəzərdə tutulduğu kimi ÜDM-in 30 %-dən əhəmiyyətli dərəcədə aşağı səviyyədə qalacaq ki, bu da analoji reytinqə malik ölkələrin göstəricilərindən xeyli aşağıdır.

"Moody"s" bildirir ki, Azərbaycanın reytinqləri, o cümlədən "Baa3" səviyyəsində uzunmüddətli kredit reytinqi, Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) cəmlənmiş iri maliyyə aktivləri hesabına hökumətin güclü xalis kreditor mövqeyi ilə dəstəklənir. Agentliyin qeyd etdiyinə görə, pul-kredit və makroiqtisadi siyasətdə əldə olunan irəliləyişlər ölkənin xarici mövqeyinin sabitliyinə və maliyyə sisteminin xarici şoklara qarşı dayanıqlığına töhfə verir, fiskal buferlərdən səmərəli istifadə isə əks-tsiklik xərclərin həyata keçirilməsinə və fiskal göstəricilərin, eləcə də dövlət borcunun pisləşməsi risklərinin məhdudlaşdırılmasına imkan yaradır.

Agentlik iqtisadiyyatda "zəif" məqamlar sırasında karbohidrogen sektorundan asılılığın davam etməsini qeyd edir. Bununla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində siyasətdə irəliləyişlərin müşahidə olunduğu vurğulanır.

"Moody"s"in qiymətləndirməsinə əsasən, 2025-ci ildə Azərbaycanın ÜDM artımı təxminən 1,5 % təşkil edəcək. Agentlik bildirir ki, bu dinamika neft-qaz sektorundakı azalmaları qismən kompensasiya edən qeyri-neft sektorundakı dayanıqlığı əks etdirir.

Agentliyin proqnozuna görə, 2025-ci ildə konsolidə edilmiş büdcə profisiti (ARDNF, Naxçıvan MR-in və sosial fondların gəlirləri nəzərə alınmaqla) ÜDM-in 2,4 %-dək azalacaq, halbuki bu göstərici 2024-cü ildə 4 % olub. Dövlət büdcəsinin isə infrastruktur layihələrinə, bərpa işlərinə (azad edilmiş ərazilərdə – red.) və sosial proqramlara xərclərin artması fonunda 2025-ci ili mülayim kəsirlə başa vuracağı gözlənilir.

"Moody"s" 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmaları müsbət qiymətləndirir. Agentliyin fikrincə, diplomatik fəallığın artması və sərhəd məhdudiyyətlərinin bir hissəsinin aradan qaldırılması əvvəlki dövrlərdə reytinqə təzyiq göstərən geosiyasi risklərin azalmasına səbəb ola bilər.

Müsbət proqnoz agentliyin davam edən islahatların iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcəyinə, dövlət maliyyəsinin idarə olunmasını gücləndirəcəyinə və şəffaflığı artıracağına dair gözləntilərini əks etdirir. Ermənistanla münasibətlərin potensial yaxşılaşması və eskalasiya risklərinin azalması da kredit baxımından müsbət amillər kimi qiymətləndirilir.

"Moody"s" vurğulayır ki, yaxın perspektivdə Azərbaycanın kredit reytinqinin aşağı salınması ehtimalı azdır. Proqnozun "stabil"ə dəyişdirilməsi yalnız makroiqtisadi və fiskal siyasətin zəifləməsi və ya geosiyasi gərginliyin artması halında mümkün ola bilər.

Agentlik həmçinin bildirir ki, Cənub Qaz Dəhlizinin (SGC) reytinqi də "Baa3" səviyyəsində müsbət proqnozla təsdiqlənib, çünki onun bütün xarici valyutada olan borc öhdəlikləri üzrə Azərbaycan hökumətinin birbaşa zəmanəti mövcuddur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Yanvar 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri