Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 42 % artıb
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Bu ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42 % çoxdur.
Kibertəhdidlərin 92-i daxili araşdırma, 170-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə fevralda isə 120 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 38 % çoxdur.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 95,895 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 99 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 26 917 zərərverici tərkibli elektron sənəd blok edilib.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı cüzi artıb
03 İyul 2025 15:05
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı ARTIB
06 May 2025 10:56
Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı mayda 61 % artıb
11 İyun 2025 11:07
Dövlət qurumlarına olan kiberhücumların sayı açıqlandı
06 Oktyabr 2025 16:42
Baxış sayı:110
Bu xəbər 05 Mart 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















