Dövlət qurumlarına olan kiberhücumların sayı açıqlandı
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına qarşı 648 kiberhücum indikatoru (IOC) müəyyən edib.
Dövlət Xidmətindən Avtosfer.az-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.
Qeyd olunan kibertəhdidlərin 216-sı daxili araşdırma, 434-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində aşkarlanaraq bloklanıb. Təkcə sentyabr ayında isə 36 kiberhücum qeydə alınıb ki, bu da ötən ilin göstəricisinə nisbətən 44 faiz azdır. Məlumata görə, 2024-cü ildə dövlət qurumlarına ümumilikdə 1070 kiberhücum edilib. Onların 550-si daxili araşdırmalar, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması nəticəsində müəyyən olunaraq bloklanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 06 Oktyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















