Icma.az
close
up
RU
Azərbaycanın dünyada məşhur olan təndir çörəyi FOTO VİDEO AZƏRTAC

Azərbaycanın dünyada məşhur olan təndir çörəyi FOTO VİDEO AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Göygöl, 10 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Ölkəmizdə çörək bişirmənin qədim və tarixi ənənələri var. Belə qədim ənənələrdən biri də təndirdə çörək bişirmədir. Ləzzəti və bişirmə qaydası ilə digər çörəklərdən fərqlənən təndir çörəyi özünə məxsus ətri ilə də insanı cəlb edir. Təsadüfi deyil ki, ötən həftə Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb.

Yay və qış fəslində səfalı təbiəti ilə yerli və xarici turistləri özünə cəlb edən Göygöl rayonu həm də yol kənarında bişirilən təndir çörəyi ilə məşhurdur. AZƏRTAC-ın bölgə müxbiri ənənəvi təndir çörəyinin bişirilmə qaydası ilə yaxından tanış olmaq üçün Göygölün Aşıqlı kəndinə yollanıb.

Rayonun qonaqları və yerli sakinlər burada ənənəvi qaydada közdə bişən təndir çörəyini xüsusilə bəyənirlər.

Müasir dövrdə çörək bişirmə sənətində müasir texnologiyalardan istifadə olunsa da, ənənəvi qaydada bişirilən təndir çörəyinin dadı başqa olur.

Kənd sakini Rəna Abdullayeva təndir çörəyinin ləzzətli və ətirli olması üçün közdə bişirməyin vacibliyini vurğulayır: “Dədə-baba qaydasında hazırlanan təndirin tərkibinə heç bir maya və digər qatqı maddə vurulmur. Ən əsasda qazda yox, közdə bişirmək vacibdir. Onda çörək həm ətirli, həm də ləzzətli olur. Biz təndir çörəyini həm ailəmizin tələbatını ödəmək üçün, həm də satış məqsədi ilə bişiririk”.

Təndir çörəyi digər çörəklərlə müqayisədə 3-4 gün ərzində təzə qalır, rahat həzm olunur. Buna görə də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə dəyirman unu ilə bişirilən çörəkdən istifadə etmək məsləhət görülür.

Qeyd edək ki, dekabrın 2-dən 7-dək Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri