Icma.az
close
up
RU
Azərbaycanın dünyada məşhur olan təndir çörəyi FOTO AZƏRTAC

Azərbaycanın dünyada məşhur olan təndir çörəyi FOTO AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Göygöl, 10 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Ölkəmizdə çörək bişirmənin qədim və tarixi ənənələri var. Belə qədim ənənələrdən biri də təndirdə çörək bişirmədir. Ləzzəti və bişirmə qaydası ilə digər çörəklərdən fərqlənən təndir çörəyi özünə məxsus ətri ilə də insanı cəlb edir. Təsadüfi deyil ki, ötən həftə Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb.

Yay və qış fəslində səfalı təbiəti ilə yerli və xarici turistləri özünə cəlb edən Göygöl rayonu həm də yol kənarında bişirilən təndir çörəyi ilə də məşhurdur. AZƏRTAC-ın bölgə müxbiri ənənəvi təndir çörəyinin bişirilmə qaydası ilə yaxından tanış olmaq üçün Göygöl rayonunun Aşıqlı kəndinə yollanıb.

Rayonun qonaqları və yerli sakinlər burada ənənəvi qaydada közdə bişən təndir çörəyini bəyənirlər.

Müasir dövrdə çörək bişirmə sənətində müasir texnologiyalardan istifadə olunsa da, ənənəvi qaydada bişirilən təndir çörəyinin dadı başqa olur.

Kənd sakini Rəna Abdullayeva təndir çörəyinin ləzzətli və ətirli olması üçün közdə bişirməyin vacibliyini vurğulayır: “Dədə-baba qaydasında hazırlanan təndirin tərkibinə heç bir maya və digər qatqı maddə vurulmur. Ən əsasda qazda yox, közdə bişirmək vacibdir. Onda çörək həm ətirli, həm də ləzzətli olur. Biz təndir çörəyini həm ailəmizin tələbatını ödəmək üçün, həm də satış məqsədi ilə bişiririk”.

Təndir çörəyi digər çörəklərlə müqayisədə 3-4 gün ərzində təzə qalır, rahat həzm olunur. Buna görə də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə dəyirman unu ilə bişirilən çörəkdən istifadə etmək məsləhət görülür.

Qeyd edək ki, dekabrın 2-dən 7-dək Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi qərara alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri