Icma.az
close
up
RU
Azərbaycanın ECO da artan rolu: Əməkdaşlıqda yeni perspektivlər ŞƏRH

Azərbaycanın ECO da artan rolu: Əməkdaşlıqda yeni perspektivlər ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 iyul, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) 1985-ci ildə İran, Pakistan və Türkiyənin təşəbbüsü ilə təsis olunmuş və sonradan Azərbaycan da daxil olmaqla bir sıra Orta Asiya və Cənubi Qafqaz ölkələrinin qoşulduğu regional iqtisadi inteqrasiya platformasıdır. Təşkilatın başlıca məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində qarşılıqlı əməkdaşlığın təşviq olunması və dərinləşdirilməsidir. Azərbaycan Respublikası 1992-ci ildən etibarən ECO-nun tamhüquqlu üzvü kimi bu təşəbbüslərdə fəal iştirak edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Lətif Zeynallı AZƏRTAC-a şərhində bildirib ki, Azərbaycanın geostrateji mövqeyinin Cənubi Qafqaz regionunda yerləşməsi və Şərq-Qərb, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində qərarlaşması ölkənin ECO çərçivəsində nəqliyyat və logistika əməkdaşlığı üçün mühüm potensialını formalaşdırır.

“Bu xüsusda Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi iri infrastruktur layihələri Azərbaycanın regional tranzit mərkəzi statusunu möhkəmləndirərək, təşkilat daxilində yüklərin daşınması və ticarət əlaqələrinin sadələşdirilməsinə şərait yaradır. Təşkilata 10 ölkə - Azərbaycan, Əfqanıstan, İran, Özbəkistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Türkmənistan üzvdür.

2024-cü il üzrə Azərbaycanın xarici ticarət dövriyyəsinə nəzər yetirildikdə, ixracın həcminin 26,5 milyard dollar, idxalın isə 21 milyard dollar təşkil etdiyi müşahidə olunur. 2024-cü il üzrə Azərbaycanın İƏT-ə üzv ölkələrlə xarici ticarət əlaqələrinin statistik təhlili göstərir ki, bu ölkələrlə aparılan ixrac və idxal əməliyyatlarının həcmi və strukturu əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, İranın Azərbaycanın ümumi ixracında payı 0,05 faiz, ümumi idxalında isə 3,01 faiz təşkil edib. Özbəkistanla ticarət əməliyyatları çərçivəsində ixracın ümumi ixracdakı payı 0,15 faiz, idxalın payı isə 1,01 faiz olub. Pakistanla aparılan ticarət əməliyyatları isə son dərəcə məhdud xarakter daşıyır – ölkənin ümumi ixracında payı yoxdur, idxalında isə 0,1 faiz təşkil edib. Qazaxıstanla xarici ticarət dövriyyəsində ixrac 0,5 faiz, idxal isə 1,6 faiz səviyyəsində qeydə alınıb. Qırğızıstan üzrə bu göstəricilər müvafiq olaraq 0,11 faiz və 0,05 faiz, Tacikistan üzrə isə 0,02 faiz və 0,01 faiz təşkil edib. Ən yüksək ticarət dövriyyəsi Türkiyə ilə qeydə alınıb. Belə ki, 2024-cü ildə Azərbaycanın ümumi ixracının 14,38 faizi, idxalının isə 10,97 faizi məhz Türkiyənin payına düşüb.Türkmənistanla ticarət əlaqələrində ixrac 0,3 faiz, idxal isə 1,44 faiz səviyyəsində olub. Əfqanıstanla isə 2024-cü il ərzində heç bir ticarət əməliyyatı həyata keçirilməyib. Ümumilikdə, Azərbaycanın xarici ticarət dövriyyəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında Türkiyə Respublikası ikinci mövqedə qərarlaşır. Bu göstərici iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi sahədə də intensiv şəkildə inkişaf etdiyini təsdiqləyir”,- deyə o nəzərə çatdırıb.

Lətif Zeynallı qeyd edib ki, Prezident İlham Əliyevin “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunu imzalaması Azərbaycanın regional və beynəlxalq təşkilatlarla strateji əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsidir: “Bu addım Azərbaycan ilə ECO arasında mövcud əməkdaşlığın hüquqi-institusional çərçivəsinin daha da möhkəmləndirilməsinə xidmət edir. Sənəd çərçivəsində nəzərdə tutulan birgə layihələr və təşəbbüslər elmi-tədqiqat və iqtisadi inkişaf sahələrində qarşılıqlı fəaliyyətin keyfiyyətini artırmağa imkan verəcək”.

O qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçıları 17-ci Zirvə Toplantısında Xankəndi şəhərində bir araya gəlirlər.

“Zirvə görüşü regional əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və dayanıqlı inkişafın təşviqi baxımından mühüm platforma rolunu oynayır. Bu platforma çərçivəsində yaradılacaq sinerji tədqiqat mərkəzlərinin qarşılıqlı əlaqəsini gücləndirərək, ortaq iqtisadi maraqların müəyyənləşdirilməsi və regionun dayanıqlı inkişafına dair strateji yanaşmaların formalaşdırılmasına şərait yaradacaq. Bu isə öz növbəsində ECO-nun fəaliyyətində elmi əsaslı qərarların qəbuluna və təşkilatın institusional dayanıqlılığının artırılmasına mühüm töhfə verə bilər. Azərbaycanın bu sahədəki fəallığı ölkənin regional iqtisadi liderlik mövqeyini möhkəmləndirməklə yanaşı, elmi biliklərin tətbiqinə əsaslanan idarəetmə modelinin təşviqinə də xidmət edir”, - deyə L.Zeynallı bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri