Fariz İsmayılzadə: Mərkəzi Asiya ilə yeni formatlı əməkdaşlıqda Azərbaycanın rolu böyükdür
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 15 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampla görüşü yeni regional əməkdaşlıq formatının yarandığını göstərir. Əvvəllər bu formatdan Avropa İttifaqı liderləri də fəal şəkildə istifadə ediblər. Misal üçün, İtaliyanın Baş naziri, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderləri Orta Asiyaya səfər ediblər.
Bu barədə AZƏRTAC-a açıqlamasında ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.
“Bu formatın mühüm cəhətlərindən biri yük daşımalarının Azərbaycan üzərindən həyata keçirilməsidir. Buna görə də ölkəmiz bu prosesin ayrılmaz hissəsidir və gələcəkdə bu görüşlərdə Azərbaycan rəhbərliyinin də iştirakını istisna etmirəm. Çünki bu, regional layihədir və burada ölkəmizin rolu böyükdür”, – deyə Fariz İsmayılzadə vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















