Azərbaycanın ən bahalı futbolçuları bəlli oldu
Icma.az, Fanat saytına istinadən bildirir.
Dünyanın nüfuzlu statistika portalı "Transfermarkt" Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların bazar dəyərini yeniləyib.
Fanat.Az xəbər verir ki, siyahının zirvəsində dəyərini 500 min avro artıraraq 3.5 milyon avroya çatdıran "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade qərarlaşıb.
İkinci və üçüncü pillələri müvafiq olaraq qiyməti 1 milyon avro artan Timoteuş Puxaç (2.5 milyon avro) və dəyəri 300 min avro yüksələn Mateuş Koxalski (2.5 milyon avro) bölüşürlər. Yenilənmədə ən kəskin sıçrayışlardan birini dəyərini 1.2 milyon avro artıran Kamilo Duran (2 milyon avro) göstərdiyi halda, İvan Lepinitsa (2 milyon avro), Elvin Cəfərquliyev (2 milyon avro) və Pedro Bikalyo (2 milyon avro) da hərəyə 500 min avro dəyər qazanıblar.
İlk onluqda dəyər itirən yeganə oyunçu isə qiyməti 500 min avro aşağı düşən və 2 milyon avroya geriləyən "Qarabağ"ın digər ulduzu Kevin Borges olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 18 İyun 2026 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















