Icma.az
close
up
RU
Azərbaycanın ən bahalı qoruqları hansılardır? QİYMƏTLƏR

Azərbaycanın ən bahalı qoruqları hansılardır? QİYMƏTLƏR

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Turizm Agentliyinin tabeliyində 20-yə yaxın qoruq və muzey fəaliyyət göstərir. Həmin qoruq və muzeylərin idarə edilməsi Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilir.

Həmin qoruq və muzeylərə giriş üçün nə qədər ödəniş tələb edilir?

Bakıvaxtı.az-ın məlumatına görə, Qoruqları İdarəetmə Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il yanvarın 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq edilib.

“2026-cı il yanvarın 1-dən başlayaraq xarici ölkə vətəndaşlarına “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Kiş” Tarix-Memarlıq (Alban məbədi) qoruqlarına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun Şəki xan sarayına, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansındakı “Diri Baba” türbəsinə giriş qiyməti 15 manat təşkil edir. 2026-cı il yanvarın 1-ə qədər bu turizm obyektlərinə xarici vətəndaşlar üçün giriş biletinin qiyməti 9 manat təşkil edirdi”.

Mərkəzdən qeyd edilib ki, xarici ölkə vətəndaşları üçün güzəşt kateqoriyasına aid kombinə olunmuş biletlər də mövcuddur. “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 25 manat təşkil edir.

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqlarını və Palçıq Vulkanları Turizm Kompleksini ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 35 manatdır. Kombinə olunmuş biletlər yalnız bir nəfər üçün nəzərdə tutulub və ilk istifadədən sonra 72 saat müddətində yararlıdır. Xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına qoruq və muzeylərə giriş ödənişsizdir”.

Məlumatda vurğulanıb ki, Azərbaycan Respublikasının vətəndaşları üçün qoruq və muzeylərə giriş qiymətində hər hansı dəyişiklik yoxdur.

"Azərbaycan Respublikasının vətəndaşları üçün “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Yuxarı Baş” Milli Tarix-Memarlıq (Şəki xan sarayı, Şəkixanovların evi), “Kiş” Tarix-Memarlıq (Alban məbədi), “Basqal” Dövlət Tarix-Mədəniyyət (“Hamam” sərgi zalı, “Diri Baba” türbəsi) qoruqlarına, Lahıc Tarix-Diyarşünaslıq, Şəki Tarix-Diyarşünaslıq, Şəki Xalq Tətbiqi Sənət muzeylərinə, Şəki Dövlət Rəsm Qalereyasına giriş qiyməti 2 manat, tələbələr üçün 1 manat təşkil edir. Palçıq Vulkanları Turizm Kompleksinə isə ölkə vətəndaşlarına giriş qiyməti 5 manat, eyni zamanda tələbələr üçün 3 manat təşkil edir".

Mərkəzdən əlavə edilib ki, Azərbaycan Respublikası vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhidlərin birinci dərəcəli ailə üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:522
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Yanvar 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri