Icma.az
close
up
RU
Azərbaycanın enerji ixrac strategiyası qlobal enerji bazarlarında yaşanan dəyişikliklərə görə yenidən balanslaşdırılır

Azərbaycanın enerji ixrac strategiyası qlobal enerji bazarlarında yaşanan dəyişikliklərə görə yenidən balanslaşdırılır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Son illərin göstəricilərinə əsasən, enerji sektoru ixrac gəlirlərinin təxminən 85–90 faizini təşkil edir ki, bu da sahənin makroiqtisadi əhəmiyyətini açıq şəkildə göstərir. Enerji ixracının texniki əsası boru kəmərləri və tranzit infrastrukturudur. Azərbaycan regionda formalaşdırdığı çoxşaxəli boru kəməri şəbəkəsi vasitəsilə Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən əsas enerji tranzit qovşaqlarından birinə çevrilib. Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin illik ötürücülük gücü 50 milyon ton, Cənubi Qafqaz Boru Kəməri və onun davamı olan TANAP və TAP xəttləri üzrə isə qaz ixracının ümumi texniki potensialı 20 milyard kubmetrədək genişləndirilə bilən sistem üzərində qurulub”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Əli Səlimov bildirib ki, Azərbaycanın təbii qaz ixracının 16 ölkəni əhatə etməsi, onlardan 10-nun Avropa İttifaqının üzvü olması qaz ixracının yalnız həcmlə məhdudlaşmadığını, eyni zamanda geniş coğrafi şaxələnməyə əsaslandığını göstərir. Bu coğrafi struktur Azərbaycanın qaz ixracını bir və ya bir neçə bazardan asılı vəziyyətə salmır və ixrac portfelinin dayanıqlılığını artırır.

Əli Səlimov

“Avropaya qaz tədarükü əsasən TAP boru kəməri vasitəsilə həyata keçirilir. Hazırkı mərhələdə bu xətt üzrə illik 10 milyard kubmetr qaz nəql olunur, infrastruktur isə mərhələli şəkildə 20 milyard kubmetrədək genişləndirilə bilən texniki potensiala malikdir. Bu isə Azərbaycanın qaz ixrac strategiyasının qısa müddətli həcmlərlə məhdudlaşmadığını, orta və uzunmüddətli perspektivdə bazar tələbinə uyğun çevik şəkildə genişləndirilə bilən model üzərində qurulduğunu göstərir”-deyən iqtisadçı qeyd edib ki, enerji ixracının effektivliyi fasiləsizlik və təhlükəsizlik meyarları ilə ölçülür. Boru kəmərlərində yaranan hər hansı texniki və ya institusional fasilə yalnız bir neçə günlük ixrac itkisi ilə məhdudlaşmır, eyni zamanda müqavilə öhdəlikləri, tranzit gəlirləri və tərəfdaş ölkələrlə etimad mühiti üçün risk yaradır. Bu səbəbdən enerji infrastrukturu yalnız iqtisadi obyekt deyil, eyni zamanda strateji aktiv kimi idarə olunur.

“Boru kəmərləri enerji ixracı çərçivəsində geoiqtisadi alət funksiyası daşıyır. Azərbaycan enerji resurslarını istehsalçı ölkə statusundan kənara çıxararaq tranzit və paylayıcı roluna da sahib olur. Bu, ölkənin regional enerji təhlükəsizliyi zəncirində funksional əhəmiyyətini artırır. Eyni zamanda enerji ixracının mövcudluğu avtomatik strateji üstünlük yaratmır. Tarif mexanizmləri, tranzit şərtləri, texniki standartlara uyğunluq və tərəfdaş ölkələrlə münasibətlərin sabitliyi bu üstünlüyün real iqtisadi nəticəyə çevrilib-çevrilmədiyini müəyyən edir. İnfrastruktur mövcud olsa belə, institusional idarəetmədə zəiflik və ya bazar şərtlərinə uyğunlaşmama ixracın səmərəliliyini azalda bilər”-deyə iqtsadçı vurğulayıb.

Əli Səlimov bildirib ki, qlobal enerji bazarlarında yaşanan dəyişikliklərə görə Azərbaycanın enerji ixrac strategiyası da yenidən balanslaşdırılır: “Qaz ixracı orta müddətdə keçid enerjisi kimi əhəmiyyətini qoruyur, lakin uzunmüddətli perspektivdə mövcud boru kəmərlərinin modernləşdirilməsi, ixrac marşrutlarının diversifikasiyası və alternativ enerji layihələri ilə inteqrasiya əsas prioritetlər kimi çıxış edir.

Son olaraq onu demək olar ki, Azərbaycanın enerji ixracı sadəcə resurs satışından ibarət deyil, konkret rəqəmlər, infrastruktur gücü və institusional idarəetmə üzərində qurulmuş kompleks geoiqtisadi modeldir. Bu modelin davamlılığı mövcud texniki imkanlardan nə dərəcədə səmərəli istifadə olunmasından və qlobal enerji bazarlarının dəyişən şərtlərinə uyğunlaşma qabiliyyətindən asılıdır”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri