Icma.az
close
up
RU
Azərbaycanın enerji tarixi yenidən yazılır

Azərbaycanın enerji tarixi yenidən yazılır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın strateji dayaqlarından biri olan Dövlət Neft Şirkəti son illərdə fəaliyyətində köklü keyfiyyət dəyişikliyi ilə seçilir. Qurum ənənəvi neft-qaz istehsalçısından daha geniş funksiyalar daşıyan, rəqəmsallaşmış, “yaşıl” enerjiyə yönəlmiş və beynəlxalq əməkdaşlıqları ilə fərqlənən çox-şaxəli enerji şirkətinə çevrilməkdədir. Bu transformasiya sadəcə istehsal göstəricilərinin yaxşılaşdırılması ilə məhdudlaşmır, həm də Azərbaycanın enerji təhlükəsizliyi, qlobal bazarlardakı rolu və ölkənin sosial-iqtisadi in-kişafı üçün mühüm perspektivlər açır.

Yeni mərhələ:  3 strateji hədəf

SOCAR-ın transformasiyası əsasən 3 istiqamətdə aparılır:

1. Əməliyyat dayanıqlığının artırılması – təbii azalma ilə müşayiət olunan yataqlarda hasilatın sabit saxlanması, yeni layihələrin reallaşdırılması və infrastrukturun müasirləşdirilməsi;

2. Beynəlxalq miqyasda mövqelərin gücləndirilməsi – gəlir mənbələrinin şaxələndirilməsi, regional və qlobal enerji bazarlarında iştirakın genişləndirilməsi;

3. Maliyyə sabitliyi və sosial məsuliyyətin balanslaşdırılması – ESG reytinqlərin yüksəldilməsi, büdcə töhfələri və sosial təşəbbüslərin davam etdirilməsi.

Əməliyyat göstəricilərində irəliləyiş

SOCAR son illərdə çətin geoloji və texniki şərtlərə baxmayaraq, hasilatı sabit saxlamağa nail olub. Xüsusilə AÇG blokuna daxil olan yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından gündəlik hasilat gözləniləndən yüksək – 26 min barel olub. “Şahdəniz” yatağında hasilat 50 milyard kubmetri ötərək uzunmüddətli proqnozları aşıb. “Şahdəniz Kompressiya” layihəsi (SDC) isə əlavə 50 milyard kubmetr qaz və 25 milyon barel kondensat hasilatını nəzərdə tutur.

Eyni zamanda “Babək”, “Ümid Faza2”, “KADUA” və “Abşeron” kimi yeni layihələr üzrə yekun investisiya qərarları və hasilat planları yaxın illər üçün SOCAR-ın dayanıqlı böyüməsini təmin edəcək.

Köhnə infrastruktura yeni nəfəs

SOCAR transformasiyanın əsas ağırlığını köhnəlmiş “midstream” və “downstream” seqmentlərə yönəldib. 70 ildən artıq fəaliyyətdə olan Heydər Əliyev adına Neft Emalı Zavodunda 2024-cü ildə başa çatan moderniləşdirmə nəticəsində ölkəmizdə ilk dəfə “Avro-5” standartına uyğun yanacaq istehsalı mümkün olub. Zavodun texnoloji itkiləri 3,6 faizdən 1,6 faizə enib, yüngül məhsulların payı isə 70 faizi keçib.

Digər tərəfdən, “Azəriqaz” İstehsalat Birliyi üzrə qazpaylayıcı şəbəkələrin yenilənməsi, sayğacların klasterləşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə qaz itkiləri azaldılıb, müştəri xidmətləri təkmilləşdirilib. Təkcə 2024-cü ildə 820 kilometr boru kəməri təmir olunub, qazlaşdırma səviyyəsi isə 97 faizə çatıb. 

İxrac imkanları və beynəlxalq tərəfdaşlıq

Azərbaycanın qaz ixracı 2024-cü ildə rekord səviyyəyə – 25,3 milyard kubmetrə çatıb. 2026-cı ilə qədər bu göstəricinin 14 milyard kubmetrə yüksəlməsi nəzərdə tutulur. SOCAR hazırda 12 ölkəyə qaz ixrac edir və SWAP mexanizmlərindən yararlanır.

Qlobal iştirak daha da gücləndirilib. BƏƏ-də ADNOC-la əməkdaşlıq çərçivəsində “Umm Lulu” yatağında iştirak payı əldə olunub. İsraildə “Tamar” yatağında SOCAR 10 faiz pay alıb və bp ilə yeni kəşfiyyat lisenziyaları əldə edib. Rumıniya, Pakistan və İsveçrə kimi ölkələrdə qaz ticarəti, LNG və yaşıl enerji üzrə layihələr sürətləndirilib.

Türkiyədəki STAR Neft Emalı Zavodunda isə istismar səmərəliliyi 119 faizə çatdırılıb. Bu da SOCAR-ın downstream seqmentində regional güc mərkəzinə çevrildiyini göstərir.

Rəqəmsallaşma və “yaşıl” keçid

SOCAR rəqəmsallaşma sahəsində də öncül addımlar atır. “Azneft” İstehsalat Birliyində hasilatın virtual monitorinqi sistemi tətbiq olunub. “Petkim” və “STAR” zavodları Dünya İqtisadi Forumunun “Global Lighthouse Network” siyahısına daxil edilib.

“SOCAR Green” törəmə şirkətinin layihə portfeli 1,4 QVt-dan artıqdır. bp və Total ilə ortaq günəş və külək enerjisi layihələri həyata keçirilir. “Masdar” və “ACWA Power” ilə 4 QVt-lıq razılaşmalar imzalanıb. Biləsuvarda və Neftçalada tikilən günəş stansiyalarına yatırımlar 600 milyon dollardan çoxdur.

Güclü maliyyə göstəriciləri və sosial öhdəliklər

SOCAR-ın 2024-cü ildə EBITDA göstəricisi 5,2 milyard dollara çatıb. 2022-ci illə müqayisədə borc/EBITDA nisbəti 66 faiz azalıb. Moody’s və Fitch agentlikləri SOCAR-ın kredit reytinqlərini artırıb. Şirkətin ilk “yaşıl” istiqrazları yerli bazarda yüksək maraqla qarşılanıb – artıq 13,8 milyon dollarlıq əməliyyat həyata keçirilib.

Son 3 ildə dövlət büdcəsinə 5,7 milyard AZN vergi və 629 milyon AZN divident ödənişi gerçəkləşdirilib. Eyni dövrdə sosial layihələrə 3 milyard dollardan çox vəsait ayrılıb. İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması və vətəndaşlar üçün yanacaq qiymətlərinin sosial həssaslıqla müəyyən olunması bu istiqamətdə əsas addımlardandır.

Neft şirkəti gələcəyə gedən yolun xəritəsini cızır

SOCAR-ın “Next Horizon” strategiyası şirkətin qarşısında yeni dövrün tələblərinə uyğun çevik və səmərəli fəaliyyət modeli formalaşdırmağı hədəfləyir. Hasilatın maksimum dəyərə çevrilməsi, emal və neft-kimya zəncirinin modernləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması və ESG standartlarına uyğun təhlükəsizlik sistemi bu strategiyanın əsas elementləridir. SOCAR-ın beynəlxalq təşəbbüslərdə fəal iştirakı, “yaşıl” enerji texnologiyalarına keçidi və enerji təhlükəsizliyinə verdiyi töhfə onu təkcə Azərbaycanın deyil, regionun enerji gələcəyini formalaşdıran əsas oyunçulardan birinə çevirir.

Ləman ZEYNALOVA,
Trend

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri