Icma.az
close
up
RU
Azərbaycanın enerji sahəsində qazandığı uğur diplomatik uğurdur

Azərbaycanın enerji sahəsində qazandığı uğur diplomatik uğurdur

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Enerji təhlükəsizliyinin təmin olunması sahəsində atılan addımlar,neft və qaz sektoruna maraq,alternativ enerji resursları ilə bağlı yeni layihələrin hazırlanması məsələləri müasir dünyada diqqət mərkəzində qalmaqda davam edir.Bu baxımdan ölkəmizdə son illərdə keçirilən beynəlxalq tədbirlər,sərgilər,layihələr öz aktuallığını qorumaqla yanaşı bu sahəyə marağın artırılmasında xüsusi əhəmiyyət daşıyır. 2 iyun 2025 ci il tarixində Bakı Ekspo Mərkəzində öz işinə başlayan və 4 iyunadək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu “Baku Energy Forum” artıq ikinci gündür ki, dünya ölkələrinin diqqət mərkəzindədir. Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yalnız enerji sahəsində əldə edilən nailiyyətlərə nəzər salmaqla kifayətlənməyib, həm də Azərbaycanın qlobal enerji təhlükəsizliyində və yaşıl keçid prosesində oynadığı strateji rolu dərin siyasi və iqtisadi baxış bucağından şərh edib.

Qeyd etmək lazımdır ki, 1994-cü ildə təşkil edilən ilk Xəzər Neft və Qaz Sərgisində Azərbaycanın enerji strategiyasının təməli qoyulmuşdur. Həmin ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” yalnız neft sahəsində kommersiya razılaşması deyil, həm də Azərbaycan dövlətçiliyinin suverenlik yolundakı dönüş nöqtəsi olmuşdur. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində olmuşdur.

Möhtərəm Prezidentimiz çıxışında Azərbaycanın beynəlxalq enerji xəritəsindəki yerini təsvir edərkən sadəcə fiziki resurslara deyil, həm də ölkənin geosiyasi rıçaqlarına toxundu. Ölkəmizin açıq dənizlərə çıxışının olmamasına baxmayaraq, uzaq Avropaya qədər uzanan Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrə liderliklik etməsi qlobal enerji təhlükəsizliyində Azərbaycanın strateji rolunu sübut edir.

Xəzər dənizindən Aralıq dənizi sahillərinə qədər gedib çatan 3500 km-lik infrastruktur xətti, Avroasiyanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı həm də siyasət və diplomatiya yoludurBakı Enerji Həftəsi çərçivəsində “Caspian Power” sərgisinin keçirilməsi bu strategiyanın bariz nümunəsidir.Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji ixracı coğrafiyasının genişləndirilməsi istiqamətində atdığı addımlardan və bu sahədə aparılan danışıqlardan da bəhs etdi. Bu, Azərbaycanın artıq yalnız regional deyil, həm də, qlobal enerji təchizatı zəncirində əsas oyunçuya çevrildiyini sübut edir.Burada diqqətçəkən əsas məqam, Cənab Prezidentin balanslı əməkdaşlıq modelinə vurğu etməsidir: istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların harmoniyası düzgün qurulmuş tərəfdaşlığın bariz göstəricisidir. Bu model, təkcə iqtisadi mənfəət deyil, həm də uzunmüddətli sabitlik və etibarlı partnyorluq deməkdir.

Azərbaycanın enerji sahəsində qazandığı uğurların yalnız iqtisadi deyil, həm də siyasi və diplomatik uğurdur. Hər bir saziş, sərmayə, ixrac müqaviləsi – Azərbaycanın suverenliyini, regional liderliyini və qlobal etimadını gücləndirən addımlardır.Bu baxımdan, Azərbaycanın enerji siyasəti hazırda regional sabitlik yaradan, tərəfdaşlığı dərinləşdirən və bəşəriyyətin enerji keçidini rasional əsaslarla dəstəkləyən bir strateji modelə çevrilib.Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi strategiya deyil, dövlətçilik fəlsəfəsidir. Bu fəlsəfə müstəqilliyin qorunması, sosial rifahın təmin edilməsi, qlobal miqyasda söz sahibi olmaq və regional sabitliyə töhfə vermək üzərində qurulub.Azərbaycan bu gün nəinki enerji ixrac edən bir ölkədir, o, enerji ilə qlobal sabitliyin və əməkdaşlığın memarlarından birinə çevrilmişdir. Enerji sahəsində başlanmış yol Möhtərəm Prezidentimizin uzaqgörən siyasəti nəticəsində Azərbaycanı nəinki iqtisadi, həm də diplomatik baxımdan yeni zirvələrə aparmaqdadır.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilanın sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri