Icma.az
close
up
RU
Azərbaycanın qazandığı uğur

Azərbaycanın qazandığı uğur

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Enerji təhlükəsizliyinin təmin olunması sahəsində atılan addımlar,neft və qaz sektoruna maraq,alternativ enerji resursları ilə bağlı yeni layihələrin hazırlanması məsələləri müasir dünyada diqqət mərkəzində qalmaqda davam edir.Bu baxımdan ölkəmizdə son illərdə keçirilən beynəlxalq tədbirlər,sərgilər,layihələr öz aktuallığını qorumaqla yanaşı bu sahəyə marağın artırılmasında xüsusi əhəmiyyət daşıyır. 2 iyun 2025 ci il tarixində Bakı Ekspo Mərkəzində öz işinə başlayan və 4 iyunadək davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu “Baku Energy Forum” artıq ikinci gündür ki, dünya ölkələrinin diqqət mərkəzindədir. Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yalnız enerji sahəsində əldə edilən nailiyyətlərə nəzər salmaqla kifayətlənməyib, həm də Azərbaycanın qlobal enerji təhlükəsizliyində və yaşıl keçid prosesində oynadığı strateji rolu dərin siyasi və iqtisadi baxış bucağından şərh edib.Qeyd etmək lazımdır ki, 1994-cü ildə təşkil edilən ilk Xəzər Neft və Qaz Sərgisində Azərbaycanın enerji strategiyasının təməli qoyulmuşdur. Həmin ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” yalnız neft sahəsində kommersiya razılaşması deyil, həm də Azərbaycan dövlətçiliyinin suverenlik yolundakı dönüş nöqtəsi olmuşdur. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində olmuşdur.Cənab Prezidentimiz çıxışında Azərbaycanın beynəlxalq enerji xəritəsindəki yerini təsvir edərkən sadəcə fiziki resurslara deyil, həm də ölkənin geosiyasi rıçaqlarına toxundu. Ölkəmizin açıq dənizlərə çıxışının olmamasına baxmayaraq, uzaq Avropaya qədər uzanan Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrə liderliklik etməsi qlobal enerji təhlükəsizliyində Azərbaycanın strateji rolunu sübut edir.Xəzər dənizindən Aralıq dənizi sahillərinə qədər gedib çatan 3500 km-lik infrastruktur xətti, Avroasiyanın enerji xəritəsini yenidən tərtib etməklə yanaşı həm də siyasət və diplomatiya yoludur Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Power” sərgisinin keçirilməsi bu strategiyanın bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji ixracı coğrafiyasının genişləndirilməsi istiqamətində atdığı addımlardan və bu sahədə aparılan danışıqlardan da bəhs etdi. Bu, Azərbaycanın artıq yalnız regional deyil, həm də, qlobal enerji təchizatı zəncirində əsas oyunçuya çevrildiyini sübut edir.Burada diqqətçəkən əsas məqam, Cənab Prezidentin balanslı əməkdaşlıq modelinə vurğu etməsidir: istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların harmoniyası düzgün qurulmuş tərəfdaşlığın bariz göstəricisidir. Bu model, təkcə iqtisadi mənfəət deyil, həm də uzunmüddətli sabitlik və etibarlı partnyorluq deməkdir.Azərbaycanın enerji sahəsində qazandığı uğurların yalnız iqtisadi deyil, həm də siyasi və diplomatik uğurdur. Hər bir saziş, sərmayə, ixrac müqaviləsi – Azərbaycanın suverenliyini, regional liderliyini və qlobal etimadını gücləndirən addımlardır.Bu baxımdan, Azərbaycanın enerji siyasəti hazırda regional sabitlik yaradan, tərəfdaşlığı dərinləşdirən və bəşəriyyətin enerji keçidini rasional əsaslarla dəstəkləyən bir strateji modelə çevrilib.Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi strategiya deyil, dövlətçilik fəlsəfəsidir. Bu fəlsəfə müstəqilliyin qorunması, sosial rifahın təmin edilməsi, qlobal miqyasda söz sahibi olmaq və regional sabitliyə töhfə vermək üzərində qurulub.Azərbaycan bu gün nəinki enerji ixrac edən bir ölkədir, o, enerji ilə qlobal sabitliyin və əməkdaşlığın memarlarından birinə çevrilmişdir. Enerji sahəsində başlanmış yol Möhtərəm Prezidentimizin uzaqgörən siyasəti nəticəsində Azərbaycanı nəinki iqtisadi, həm də diplomatik baxımdan yeni zirvələrə aparmaqdadır.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilanın sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri