Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunub” MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunub” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanın 2020-ci ildən əldə etdiyi nəticələr həm ölkəmizin ərazi bütövlüyünün bərpasıdır, həm qələbəmizdir, həm də ədalətsizliyin aradan qaldırılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, bu, eyni zamanda regionda addım-addım sülhün və sabitliyin təmin olunmasına xidmət edir: "Ermənistan daim müəyyən qüvvələrin əlində alət kimi istifadə olunmuş və ən azı son yüz ildə Azərbaycana qarşı müxtəlif təxribatlara cəlb edilmişdir. İstər 1905–1906-cı illərdə, istər 1918–1920-ci illərdə, istərsə də Sovet imperiyası dövründə ermənilərin əli ilə Azərbaycana qarşı çoxsaylı təxribatlar törədilmişdir. Həmişə regionda sabitliyi pozan qüvvələr məhz erməni təşkilatları və qurumları olmuşdur.

İndi çox ciddi bir nəticə əldə olunub. Yüzillik mübarizənin nəticəsi olaraq, ermənilərin alət rolundan çıxarılması, yəni zərərsizləşdirilməsi mümkün olub. Əgər alət varsa, ondan istifadə etmək istəyənlər də tapılır. Ermənilər bir vaxtlar Qərbin də, Rusiyanın da əlində alət kimi istifadə olunublar. Son 30 ildə Rusiya bu alətdən regionda sabitliyi pozmaq və nəzarəti əlində saxlamaq üçün istifadə edib. Qərb də müəyyən dövrlərdə bu rolu oynayıb. Otuz ilin ərzində gah Qərb təşəbbüs göstərib, Ermənistan Qərbə meyl edib və Qərbin sifarişlərini yerinə yetirib. Lakin sonradan Ermənistan gördü ki, Qərbdən real dəstək yoxdur və yenidən Rusiyanın təsir dairəsinə qayıdaraq onun alətinə çevrildilər, tam sonadək də Rusiyanın təsirində qaldılar.

Bu mənada sənədlərin imzalanması və ya sülh sazişinin paraflanması əlbəttə ki, ciddi addımdır, lakin bunu həddindən artıq şişirtmək doğru deyil. Bu, regionda təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından mühüm bir addımdır. Amma risklər hələ də qalır, çünki Ermənistan, erməni siyasi xarakteri baxımından, imzaladığı sənədlərə hörmətlə yanaşmır. Bununla belə, bu böyük nəticədir. Belə bir sənədin imzalanması təkcə Azərbaycanın deyil, bütün regionun xeyrinədir. Gürcülər də özlərini rahat hiss edəcək, ermənilər də müəyyən bir dövrə qədər eyni şəkildə. Lakin bu yalnız o vaxta qədər davam edəcək ki, ermənilər bir az güclənən kimi yenidən Azərbaycana və regionun digər xalqlarına qarşı təxribatlara başlamasınlar".

Sədr eyni zamanda qeyd edir ki, bu gün Azərbaycan müəyyən təhlükələri aradan qaldırıb, amma risklər hələ də mövcuddur. Azərbaycan prosesi sonadək aparmalı, elə bir mərhələyə çatdırmalıdır ki, Ermənistan regionda heç bir təşəbbüs göstərə bilməsin, heç bir təxribatın alətinə çevrilməsin və yeni qarşıdurmalar yarada bilməsin. Əgər bu hədəfə nail olunarsa, demək olar ki, regionda tam sabitlik bərqərar olacaq və bütün böyük bəlalardan region xilas olacaq.

Ermənistanın təxribat potensialı hələ də bir alət kimi istifadə olunur, lakin regionda yaranmış sabitlik bəzi dövlətləri narahat edir, çünki bu, onların maraqlarına uyğun deyil. Ermənistan faktoru ilə bağlı xüsusilə Rusiya və İran nəzərə çarpır. Ehtimal ki, Avropada da bəzi dövlətlər regiondakı vəziyyətdən tam razı deyillər. Region onların nəzarətindən çıxır və Avropa burada istədiyi nəticəni əldə edə bilmir. Xüsusilə Fransa bu istiqamətdə çox çalışsa da, uğur qazana bilmir.

Bununla yanaşı, zaman-zaman yeni şəraitlər formalaşır və bu da müəyyən təhlükələri gündəmə gətirə bilər. Rusiyanın bu istiqamətdə planlar qurduğu istisna deyil. Lakin Azərbaycanın imkanları kifayət qədər güclüdür. Regionda Türkiyə ilə birgə mövqeyi güclüdür. Azərbaycanla ABŞ arasında münasibətlər mövcuddur, eyni zamanda Azərbaycan artıq super iqtisadi gücə çevrilmiş Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. ABŞ-la da strateji tərəfdaşlıq barədə müqavilə hazırlanır və əslində bu tərəfdaşlıq praktikada artıq mövcuddur. Azərbaycanın gücü onun ərazisinin kiçikliyi ilə deyil, maliyyə-iqtisadi imkanları, geostrateji mövqeyi və davamlı siyasəti ilə ölçülür. Azərbaycan bütün təxribatlara qarşı təkbaşına dayana bilir və super dövlətlər də bununla hesablaşırlar.

Bu gün bəzi dairələr regiondakı proseslərin qarşısında “tıxac” kimi məhz Azərbaycanı görür və bu səbəbdən ölkəmizə qarşı müxtəlif ifadələr işlədilir. Amma reallıq budur ki, Azərbaycan kifayət qədər güclü amillərə malikdir və hər kəs bu amillərlə hesablaşır. Hətta İran da bu reallığı nəzərə almağa məcburdur. Azərbaycanda baş verən proseslər İranın öz daxilində, xüsusilə azərbaycanlıların yaşadığı bölgələrdə də əks-səda doğurur və bu təsadüfi deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Avqust 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see283

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see278

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see206

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see143

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see143

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see139

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see132

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see131

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see131

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri