Icma.az
close
up
RU
“Azərbaycanın ərazi bütövlüyü bərpa olunub” MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunub” MÜNASİBƏT BİLDİRİLDİ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanın 2020-ci ildən əldə etdiyi nəticələr həm ölkəmizin ərazi bütövlüyünün bərpasıdır, həm qələbəmizdir, həm də ədalətsizliyin aradan qaldırılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.Onun sözlərinə görə, bu, eyni zamanda regionda addım-addım sülhün və sabitliyin təmin olunmasına xidmət edir: "Ermənistan daim müəyyən qüvvələrin əlində alət kimi istifadə olunmuş və ən azı son yüz ildə Azərbaycana qarşı müxtəlif təxribatlara cəlb edilmişdir. İstər 1905–1906-cı illərdə, istər 1918–1920-ci illərdə, istərsə də Sovet imperiyası dövründə ermənilərin əli ilə Azərbaycana qarşı çoxsaylı təxribatlar törədilmişdir. Həmişə regionda sabitliyi pozan qüvvələr məhz erməni təşkilatları və qurumları olmuşdur.İndi çox ciddi bir nəticə əldə olunub. Yüzillik mübarizənin nəticəsi olaraq, ermənilərin alət rolundan çıxarılması, yəni zərərsizləşdirilməsi mümkün olub. Əgər alət varsa, ondan istifadə etmək istəyənlər də tapılır. Ermənilər bir vaxtlar Qərbin də, Rusiyanın da əlində alət kimi istifadə olunublar. Son 30 ildə Rusiya bu alətdən regionda sabitliyi pozmaq və nəzarəti əlində saxlamaq üçün istifadə edib. Qərb də müəyyən dövrlərdə bu rolu oynayıb. Otuz ilin ərzində gah Qərb təşəbbüs göstərib, Ermənistan Qərbə meyl edib və Qərbin sifarişlərini yerinə yetirib. Lakin sonradan Ermənistan gördü ki, Qərbdən real dəstək yoxdur və yenidən Rusiyanın təsir dairəsinə qayıdaraq onun alətinə çevrildilər, tam sonadək də Rusiyanın təsirində qaldılar.Bu mənada sənədlərin imzalanması və ya sülh sazişinin paraflanması əlbəttə ki, ciddi addımdır, lakin bunu ciddi qiymətləndirmək lazımdır. Bu, regionda təhlükəsizliyin və sabitliyin təmin olunması baxımından mühüm bir addımdır. Amma risklər hələ də qalır, çünki Ermənistan, erməni siyasi xarakteri baxımından, imzaladığı sənədlərə hörmətlə yanaşmır. Bununla belə, bu böyük nəticədir. Belə bir sənədin imzalanması təkcə Azərbaycanın deyil, bütün regionun xeyrinədir. Gürcülər də özlərini rahat hiss edəcək, ermənilər də müəyyən bir dövrə qədər eyni şəkildə. Lakin bu yalnız o vaxta qədər davam edəcək ki, ermənilər bir az güclənən kimi yenidən Azərbaycana və regionun digər xalqlarına qarşı təxribatlara başlamasınlar".Sədr eyni zamanda qeyd edir ki, bu gün Azərbaycan müəyyən təhlükələri aradan qaldırıb, amma risklər hələ də mövcuddur. Azərbaycan prosesi sonadək aparmalı, elə bir mərhələyə çatdırmalıdır ki, Ermənistan regionda heç bir təşəbbüs göstərə bilməsin, heç bir təxribatın alətinə çevrilməsin və yeni qarşıdurmalar yarada bilməsin. Əgər bu hədəfə nail olunarsa, demək olar ki, regionda tam sabitlik bərqərar olacaq və bütün böyük bəlalardan region xilas olacaq.Ermənistanın təxribat potensialı hələ də bir alət kimi istifadə olunur, lakin regionda yaranmış sabitlik bəzi dövlətləri narahat edir, çünki bu, onların maraqlarına uyğun deyil. Ermənistan faktoru ilə bağlı xüsusilə Rusiya və İran nəzərə çarpır. Ehtimal ki, Avropada da bəzi dövlətlər regiondakı vəziyyətdən tam razı deyillər. Region onların nəzarətindən çıxır və Avropa burada istədiyi nəticəni əldə edə bilmir. Xüsusilə Fransa bu istiqamətdə çox çalışsa da, uğur qazana bilmir.Bununla yanaşı, zaman-zaman yeni şəraitlər formalaşır və bu da müəyyən təhlükələri gündəmə gətirə bilər. Rusiyanın bu istiqamətdə planlar qurduğu istisna deyil. Lakin Azərbaycanın imkanları kifayət qədər güclüdür. Regionda Türkiyə ilə birgə mövqeyi güclüdür. Azərbaycanla ABŞ arasında münasibətlər mövcuddur, eyni zamanda Azərbaycan artıq super iqtisadi gücə çevrilmiş Çinlə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. ABŞ-la da strateji tərəfdaşlıq barədə müqavilə hazırlanır və əslində bu tərəfdaşlıq praktikada artıq mövcuddur. Azərbaycanın gücü onun ərazisinin kiçikliyi ilə deyil, maliyyə-iqtisadi imkanları, geostrateji mövqeyi və davamlı siyasəti ilə ölçülür. Azərbaycan bütün təxribatlara qarşı təkbaşına dayana bilir və super dövlətlər də bununla hesablaşırlar.Bu gün bəzi dairələr regiondakı proseslərin qarşısında “tıxac” kimi məhz Azərbaycanı görür və bu səbəbdən ölkəmizə qarşı müxtəlif ifadələr işlədilir. Amma reallıq budur ki, Azərbaycan kifayət qədər güclü amillərə malikdir və hər kəs bu amillərlə hesablaşır. Hətta İran da bu reallığı nəzərə almağa məcburdur. Azərbaycanda baş verən proseslər İranın öz daxilində, xüsusilə azərbaycanlıların yaşadığı bölgələrdə də əks-səda doğurur və bu təsadüfi deyil.

Müəllif: Günel Fərzəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri