Icma.az
close
up
RU
Azərbaycanın Ermənistanla güc müstəvisində çəkişməsi mümkün haldır Analitik

Azərbaycanın Ermənistanla güc müstəvisində çəkişməsi mümkün haldır Analitik

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistan Xarici Kəşfiyyat Xidməti Azərbaycanla genişmiqyaslı müharibə iddialarında həqiqət payının az olduğu fikrini irəli sürsə də, erməni ictimai-siyasi müstəvisində belə müzakirələr səngimir. Sərhəddə yeni eskalasiyanın baş verə biləcəyi iddiasını dəstəkləyənlərdən biri də erməni politoloq Sergey Melkonyandır. Melkonyan iddia edir ki, eskalasiya Mehridən başlayaraq, Cermuka (İstisu-red) qədər üç fərqli istiqamətdə ola bilər. Erməni politoloq iddia edib ki, bu proses üç fərqli ssenari üzrə baş verə bilər. Birincisi, İran ətrafında eskalasiyanın yaranmasıdır. İkincisi, ABŞ və Rusiya arasındakı gərginlikdir. 

Üçüncüsü, Bakının Qərbi Azərbaycan istəyinin icrasının gündəmə gəlməsidir. Fərqli istiqamətlər də nəzərdən qaçmamalıdır, misal üçün, Sevan (Göyçə-red), yaxud Yerasx (Arazdəyən-red). Bu prosesdə Tiqranaşenin (Kərki-red) Azərbaycana təhvil verilməsi ilə üzləşə bilərik. Hesab edirəm ki, bu ssenarilərdə Ermənistan hökuməti Azərbaycanın bütün tələblərini icra edəcək, o cümlədən, azərbaycanlıların geri qayıtması və icma yaratmasına da razı olacaq.


Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Genişmiqyaslı eskalasiya olmayacaq və bunu gözləmirik:


“Amma Sergey Melkonyanın fikirlərinə Ermənistan hakimiyyəti ögey yanaşmamalıdır. Erməni politoloq düzgün təhlil aparıb və o, daha uzaqgörən adama bənzəyir. Yəni Melkonyan başa düşür ki, gec-tez Azərbaycan bütün istəklərinə nail olacaq. Fikrimcə,  Nikol Paşinyan başda olmaqla Ermənistan hakimiyyətinin başında duranlar sözügedən məsələləri diqqətə alsalar, bütün məsələlər kökündən uzunmüddətli şəkildə həll oluna bilər. Azərbaycan haqlı və ədalətli tələblər irəli sürür. Həmin tələblər dinc yolla həllini gözləyir, lakin lazım olduğunda güc yoluyla həll olunması da istisna olunmur. Çünki 30 ildən çox müddət ərzində ermənilər Azərbaycan torpaqlarını işğal altında saxladılar. Belə olan halda Azərbaycanın ermənilərlə bağlı acı təcrübəsi mövcuddur ki, onlarla heç nəyi dinc yolla həll etmək mümkün deyil. Azərbaycan öz torpaqlarını ermənilərin təxribatlarına qarşı güc tətbiq edərək geri qaytardı. Ortaya qoyula məsələlər fonunda da Azərbaycanın Ermənistanla güc müstəvisində çəkişməsi mümkün haldır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Yanvar 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri